Новость из категории: Xəbərlər

Berlin Humboldt Universitetində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib


Sentyabrın 23-də Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Berlin Humboldt Universitetindəki Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, giriş sözü ilə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Nəsiminin yaradıcılığına nəzər yetirib, onun əsərlərinin əhəmiyyətindən və ömür yolundan söz açıb.


Azərbaycan Respublikası Prezidenti tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın imzalandığını qeyd edən səfir, eyni zamanda, dövlətimizin başçısının digər Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi İli” elan olunduğunu bildirib. Diqqətə çatdırıb ki, bu sərəncamlara əsasən Nəsiminin 650 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir.

Ramin Həsənov deyib ki, 1369-cu ildə Azərbaycanın Şamaxı şəhərində dünyaya gələn Nəsimi gənc yaşlarından fəlsəfə, ədəbiyyat, astronomiya, eləcə də məntiq elmləri ilə maraqlanıb, XIV və XV əsrlərdə Azərbaycanda geniş yayılmış hürufiliyə qoşularaq bu təriqətin fikirlərini təbliğ edən şerlər yazıb. Orta əsrlərdə regionda gedən tarixi proseslərə nəzər salan səfir Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şerin əsasını qoyan Nəsiminin fəlsəfi görüşlərinin bu gün də elmi dairələrdə müzakirə mövzusu olduğunu qeyd edib. Dünyanın aparıcı elm adamları, şərqşünasları, türkoloqları tərəfindən ədəbi irsi tədqiq edilən Nəsiminin adına ölkəmizdə dilçilik institutunun fəaliyyət göstərdiyini, onun həyat və yaradıcılığını əks etdirən bədii filmin çəkildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.


UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, səfir Elnur Sultanov çıxış edərək İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətindən danışıb. Nəsiminin yaradıcılığından söz açan Baş katib burada insanın mərkəzi rol oynadığını diqqətə çatdırıb. Nəsiminin əsərlərinin Azərbaycan ədəbiyyatı ilə yanaşı dünya ədəbiyyatında da mühüm yer tutduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrinin yubileyləri siyahısına daxil edildiyini və beynəlxalq miqyasda qeyd olunduğunu bildirən E.Sultanov həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmaların aparıldığını vurğulayıb. Ölkəmizdə və onun hüdudları kənarında Nəsimiyə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edən Baş katib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2018-ci ildən etibarən keçirilən “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı”nın əhəmiyyətini nəzərə çatdırıb. O, 25 illiyi tamam olan UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının fəaliyyət istiqamətləri və Azərbaycan ilə UNESKO arasındakı əməkdaşlıq haqqında məlumat verib, bu əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.


Konfransda geniş məruzə ilə çıxış edən “Giessen” və “Berlin” Azad Universitetlərinin dosenti, Nəsimişünas Mixael Raynhard Hess Nəsimi yaradıcılığının araşdırılmasından, onun əsərlərinin digər dillərə, o cümlədən alman dilinə tərcüməsindən söz açıb. Diqqətə çatdırıb ki, Nəsimi poeziyasının bədii keyfiyyəti və fəlsəfi görüşlərinin dərinliyi onu öz dövrünün ədiblərindən ciddi şəkildə fərqləndirirdi. Eyni zamanda, yaradıcılığında Azərbaycan dilinə geniş yer verən Nəsimi ana dilini layiq olduğu yüksək ədəbi səviyyəyə qaldırmışdı.

Daha sonra M.R.Hess və Almaniyada yaşayan soydaşımız Naibə Tural İmadəddin Nəsiminin qəzəllərini alman və Azərbaycan dillərində səsləndiriblər.

Konfrans Berlin Humboldt Universitetindəki Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Auxun moderatorluğu ilə işini interaktiv formada davam etdirib.




скачать dle 11.3

Похожие новости

Комментарии

1win Ставки на спорт - популярный фотоспособ развлечься также заграбастать крупные прибыль. Теперь огромное наличность букмекерских компаний числом полному окружению предлагают ставки на спорт. Как отыскать лучший? 1РІРёРЅ
  • #2
  • 21 мая 2022 16:46
  • Автор: onewinru
1РІРёРЅ Ставки на яхтинг - популярный способ утешиться да заграбастать значительную прибыль. Сегодня грандиозное мера букмекерских контор по полному окружению делают предложение ставки сверху спорт. Яко отыскать лучший? 1win
  • #3
  • 23 мая 2022 16:14
  • Автор: Larrydiz
1win официальный Ставки на спорт - читаемый фотоспособ развлечься также наварить крупные прибыль. Сегодня огромное количество букмекерских контор по и стар и млад космосу предлагают ставки сверху спорт. Яко найти лучший? 1 win
  • #4
  • 16 марта 2023 09:31
  • Автор: Rryans
Ig-downloader process your data to give, improve, and direct our Administrations, speak with you, for security and misrepresentation avoidance, and to follow regulation. We may likewise handle your data for different purposes with your assent. Ig-downloader processes your data for various reasons, contingent upon how you collaborate with our service. Get more information Instagram story viewer
  • #5
  • 29 июля 2023 15:11
  • Автор: Ronhix
The mic test can pick up your voice, but it might well be working from your internal laptop microphone rather than your shiny new USB mic, for example. To make sure you’re using the right mic, look carefully at the ‘input device’ dropdown. Most USB mics make things easy by including USB in the name or being quite obvious about the brand name. Get more information online mic recorder
  • #6
  • 2 февраля 2024 13:13
  • Автор: jsimitseo
Welcome to the gathering of my life here you will master every little thing about me.  concierge doctor naples
Your authenticity shines through. Unlock the gateway to gaming excellence in the Best Eaglercraft Servers and join the ranks of champions!

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив