Новость из категории: Xəbərlər

Almaniyada Azərbaycan evi açılıb







Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadıqları şəhərlərdə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir.

Dövlət Komitəsindən mediaya bildirilib ki, növbəti belə bir ev dekabrın 24-də Almaniyanın paytaxtı Berlin şəhərində açılıb.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək dekabrın 24-nün Azərbaycan üçün əlamətdar bir gün - Prezident İlham Əliyevin doğum günü olduğunu qeyd edib. O, ölkəmizdə və beynəlxalq arenada böyük nüfuza malik dövlət başçısını bu münasibətlə təbrik edib, onun rəhbərliyi altında son illər ölkəmizin əldə etdiyi sanballı uğurlardan danışıb.

F.Muradov Azərbaycan evlərinin əhəmiyyətini qeyd edərək, bu məkanların dövlətimizi və xalqımızı sevən, milli maraqlarımızı üstün tutan hər bir kəsin üzünə açıq olduğunu vurğulayıb: “Azərbaycan evləri soydaşlarımızın dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Ümid edirəm ki, bu evlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq. Koordinasiya Şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyimiz daha da möhkəmlənəcək”.

Daha sonra Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və digər şəxslər öz çıxışlarında ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər, Azərbaycanın sülh və sabitlik məkanı olduğunu vurğulayıblar. Belə bir əlamətdar gündə xarici ölkədə Azərbaycan evinin açılmasını "xaricdə yaşayan soydaşlarımıza yüksək diqqət və qayğının nümunəsi" adlandırıblar.

Tədbir Azərbaycan muğamlarından ibarət konsert proqramı ilə davam edib.


скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1
  • 3 июня 2023 05:46
  • Автор: cococo
La montre est un accessoire important dans la vie de tous les jours. Il n’est pas surprenant que la plupart des gens recherchent des montres qui sont à la fois pratiques et élégantes. Les montre replique sont l’option parfaite pour ces personnes. Montre replique sont des répliques exactes des montres classiques et sont faites avec des matériaux de haute qualité. Elles sont également très abordables et offrent une grande variété de styles.
replique montre
meilleure replique montre
rolex pas cher
It's such a nice piece of writing that I can get rid of a hard day. It's touching and I feel good to look back on today. It really cheers me up 메이저사이트
  • #3
  • 2 февраля 2024 17:40
  • Автор: jsimitseo
So parcel to happen over your astounding site. Your blog acquires me a phenomenal exchange of charming.. Salubrious part alongside the scene.  concierge doctor naples
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив