Новость из категории: Xəbərlər

Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"



“Azərbaycan ilə Almaniya arasında münasibətlər heç kimdə şübhə doğurmayacaq qədər aydın, səmimi və yüksək səviyyədədir”.

Germany.az məlumat verir ki, bunu report-a açıqlamasında Almaniya Bundestaqının (parlamentinin) hakim Xristian Demokratik Partiyasından olan deputatı Nikolas Löbel deyib.

O vurğulayıb ki, qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və beynəlxalq müstəvilərdə əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir.

Bundestaq üzvü Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini bildirib: “Heç şübhəsiz ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində hazırkı status-kvonun aradan qaldırılması zəruridir. Təbii ki, bu, beynəlxalq hüquq normaları, ərazi bütövlüyünün pozulmaması şərti ilə olmalıdır. Bu mənada biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Qarabağ Azərbaycana aiddir, Azərbaycanın tərkib hissəsidir. BMT-nin 4 hüquqi sənədi bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyir. Biz çox arzulayırıq ki, uzun zamandır davam edən bu münaqişə sona çatsın, Qafqazda sülh bərqərar olsun”.
скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1
  • 2 февраля 2024 18:53
  • Автор: jsimitseo
Strikingly you compose, I will address you'll discover energizing and fascinating things on comparative themes.  concierge doctor
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив