Almaniyanın iqtisadiyyat və iqlim naziri Azərbaycana gələcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazov “8-ci Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habek ilə görüşüb.
Bu barədə azərbaycanlı nazir məlumat verib.
"Görüşdə enerji sahəsində əməkdaşlıq və bərpa olunan enerji layihələrinə dair müzakirələr apardıq. R.Habek Azərbaycana səfər edəcəyini bildirdi", - deyə o, qeyd edib.