Новость из категории: Xəbərlər

Azərbaycan və Almaniya şirkətləri əczaçılıq üzrə əməkdaşlığı müzakirə edib



Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana iki günlük işgüzar səfərini təşkil edib.

Bu barədə mediaya “AHK Azərbaycan”dan məlumat verilib.

Bu gün başlamış və sabah başa çatacaq proqram çərçivəsində əczaçılıq sahəsində fəaliyyət göstərən 5 Almaniya və 10 Azərbaycan şirkəti "AHK Azərbaycan"ın Konfrans Zalında "Azərbaycan üçün alman əczaçılıq məhsulları" üzrə təqdimat tədbirində bir araya gəlib. İştirak edən alman nümayəndələr tədbir iştirakçılarını alman şirkətlərinin fəaliyyəti, layihə və təkliflərinin tanıdılması, əməkdaşlıq imkanlarının müzakirəsi və regionda planlaşdırılan fəaliyyətləri ilə yaxından tanış edib.

Tədbirdə "AHK Azərbaycan"ın İcraçı direktorunun müavini Fabian Zittlau və Almaniyanın Azərbaycandakı səfirinin müavini Heyko Şvarç rəsmi açılış nitqi ilə bütün iştirakçıları salamlayıb və iştirakçıları Azərbaycanda baş verən son hadisələr və mövcud bazar tendensiyaları haqqında məlumatlandırıb.

Açılış nitqinin ardınca, alman şirkətlərinin rəhbərləri qısa təqdimatla çıxış edib və iştirakçılara praktiki məlumatlar verib.

Tədbir müzakirələr və şəbəkədaxili danışıqlar şəraitində yekunlaşıb.

Sabah nümayəndə heyəti Səhiyyə Nazirliyi ilə, eləcə də ölkənin müxtəlif qurumları və şirkətləri ilə görüşlər keçirəcək və öz həll yollarını təqdim edəcək.
скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1
  • 15 сентября 2022 11:37
  • Автор: Fake Dunks
Are you ready to see Reps CPFM x Dunk Low Grinch take on the Dunk Low White? With this launch, you can now rely on Nike for all the finest sneaker ventures. The futuristic design on the Air Flight Lite silo is a timeless addition to your pack.
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив