Almaniya səfiri Gəncədə ermənilərin raket hücumu nəticəsində dağılan əraziyə baş çəkib

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib.
O, səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Səfirə ermənilərin törətdiyi terror hadisələri ilə bağlı məlumat verilib.
///
"Biz istərdik ki, Azərbaycanla Ermənistan arasında sülh olsun".
Germany.az bu barədə Report-a istinadla yazır. Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Gəncə şəhərində Vətən müharibəsi zamanı düşmən raketi nəticəsində dağılan əraziyə baş çəkən zaman deyib.
Səfir Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş ərazidə yaşananlardan çox üzüldüyünü bildirib.
"Buradakı məkan onu göstərir ki, müharibə dəhşətli olub. Günahsız mülki insanlar öz yaşadığı evdə atəşə tutularaq həlak olmamalıdır. Onlar müharibənin günahsız qurbanlarıdır. Təəssüflər olsun ki, iki dövlət arasında sülh hələ də bərpa olunmayıb. İstərdik ki, Azərbaycanla Ermənistan arasında sülh olsun və bir daha günahsız insanlar həlak olmasın və hər iki xalq sülh şəraitində yaşasın", - səfir qeyd edib.
///
German ambassador visits area hit by Armenian rocket attack in Azerbaijan’s Ganja
German Ambassador to Azerbaijan, Ralf Horleman, visited the area in Ganja city hit by a rocket attack by the Armenian Armed Forces during the Patriotic War.
He met with Niyazi Bayramov, the head of the Ganja City Executive Power, within the framework of the visit.
The ambassador was informed about the terrorist incidents committed by Armenians.

