Azərbaycanda Almaniyaya viza almaq qaydaları dəyişdirilib

Azərbaycanda Almaniyaya viza almaq qaydaları dəyişdirilib
"VisaMetric" şirkəti aprelin 10-dan səfər məqsədi Almaniya olan şengen vizaları üçün sənəd qəbuluna başlayır.
Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, şirkət bunu səfirliyin tapşırığı ilə həyata keçirəcək. Viza sənədlərinin qəbulu mərkəzi Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 ünvanında, Qış Parkı binasında yerləşir.
Sabahdan fəaliyyətə başlayacaq mərkəz həftənin 1-5-ci günləri saat 08:30-dan 16:00-dək açıq olacaq.
Məlumata görə, qəbul saatlarının artırılması və görüş vaxtı təyin etmək üçün gözləmə vaxtlarının qısaldılması nəticəsində Almaniya səfirliyində şengen vizasına müraciət prosesi asanlaşdırılır. Ərizəçilər həmçinin yeni viza qəbulu mərkəzinin digər xidmətlərindən – biometrik şəkillərin çəkilişi və pasportların kuryer vasitəsilə göndərilməsindən yararlanmaq imkanı əldə edəcəklər. Şengen vizasına müraciət edən ərizəçilər ilk həftələrdə görüş vaxtı təyin etməli olacaqlar. Görüş vaxtını telefonla və ya "VisaMetric" şirkətinin internet səhifəsindən təyin etmək mümkündür.
May ayının ortasından müraciət üçün görüş vaxtı təyin etməyə ehtiyac qalmayacaq. Şengen vizaya müraciətə edilən dəyişiklik milli vizaya – ailə birləşməsi, təhsil və s. şamil olunmur.
Səfirlikdən bildirilib suallar olduğu təqdirdə, həftənin 1-5-ci günləri saat 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan 17:00-dək "VisaMetric" şirkətinin telefon mərkəzinə (012) 599 88 12 zəng etmək mümkündür.
Ələvə məlumatı "VisaMetric"in internet səhifəsindən https://www.visametric.com/Azerbaijan/Germany/az eləcə də Almaniya səfirliyinin internet səhifəsindən www.baku.diplo.de əldə etmək olar.
///
В Азербайджане изменены правила получения визы в Германию
С 10 апреля компания VisaMetric по поручению посольства Германии в Азербайджане начнет прием документов для получения шенгенской визы в Германию.
Об этом СМИ сообщили в посольстве.
Центр приема документов на визу находится по адресу: Насиминский район, ул. Расула Рзы, 75, здание Зимнего парка.
Центр работает с понедельника по пятницу с 08:30 до 16:00.
В центре также предоставляются другие услуги: биометрическое фото, отправка паспортов курьерской почтой. Обращающиеся для получения шенгенской визы должны будут назначать встречу в ближайшие недели. Время встречи можно назначить по телефону или через интернет-страницу компании VisaMetric.
С середины мая отпадет необходимость назначать время встречи для обращения. Изменение в связи с шенгенской визой не охватывает воссоединение семьи, образование и др.
В посольстве отметили, что вопросы можно задать с 08:30 до 12:30 с понедельника по пятницу или с 13:30 до 17:00 в кол-центр компании VisaMetric - (012) 599 88 12.
Более подробно можно ознакомиться на сайте https://www.visametric.com/Azerbaijan/Germany/ , а также интернет-странице посольства Германии www.baku.diplo.de
///
Eröffnung der VisaMetric Filiale in Aserbaidschan
Ab dem 10.04.2018 wird VisaMetric offiziell im Auftrag der diplomatischen Vertretungen der Bundesrepublik Deutschland Schengen Anträge für Deutschland entgegen nehmen. Ihre Transaktionen werden von unserem Filiale in Baku durchgeführt.
///
Germany changes visa requirements for Azerbaijani citizens
On the instructions by German Embassy in Azerbaijan, VisaMetric company starts to receive documents for Schengen visas to Germany starting from April 10.
Report was in the German Embassy.
It was noted that the visa application center is located in the building of the Winter Park, at Rasul Rza Street, Nasimi district, Baku city.
The center will be open from 8:30 to 16:00 on weekdays.
In mid-May, there will be no need to set an appointment date.