Новость из категории: Xəbərlər

Angela Merkel Şəhidlər xiyabanını ziyarət edib


Azərbaycanda səfərdə olan Almaniya Kansleri Angela Merkel avqustun 25-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kansler Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etdi.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Almaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.


///


Am Samstag, dem 25. August hat die deutsche Bundeskanzlerin Angela Merkel im Rahmen ihres Besuchs in Aserbaidschan die Allee der Märtyrer besucht. Hier wurde zu Ehren des Hohen Gastes Ehrenwache gehalten, wie AZERTAC berichtete.

Frau Merkel ehrte hier das Gedenken von aserbaidschanischen Kämpfern, die ihr Leben für die Freiheit und territoriale Integrität Aserbaidschans hingegeben haben. Die deutsche Bundeskanzlerin legte am Denkmal "Ewiges Feuer" einen Blumenkranz nieder.

Dann intonierte das Orchester des Verteidigungsministeriums die Nationalhymnen von Deutschland und Aserbaidschan.

Anschließend hat die deutsche Bundeskanzlerin vom höchsten Punkt der Stadt die Ansichten von Baku genossen. Man informierte sie über die Geschichte der Märtyrerallee sowie über große Sanierungsarbeiten, die in der Hauptstadt Baku durchgeführt werden.






скачать dle 11.3

Похожие новости

Комментарии

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив