Berlin Humboldt Universitetində Azərbaycana dair kitabların təqdimatı olub
Berlin Humboldt Universitetində Azərbaycana dair kitabların təqdimatı olub
Humboldt Universiteti tərəfindən Azərbaycana dair bu il alman dilində çapdan buraxılmış bir neçə kitabın təqdimatı keçirilib.
Universitetin əsas binasında təşkil olunan tədbirdə - “Azərbaycan Demokratik Respublikası sənədlərdə (1918-1920)”, “Qarabağın müsəlman elitası tarixi təlatümlər və modernləşmə içərisində (1840-1950)”, “Almanlar Cənubi Qafqazın multikulturoloji mühitində” və “Sərhədsizləşmə: Almanlar Vürttemberq ilə Qafqaz arasında vətən axtarışında” kitabları tədqiqatçı alimlərə, tələbə və doktorantlara, o cümlədən ictimaiyyəti nümayəndələrinə təqdim olunub.
Adları qeyd edilən kitabların hamısı Humboldt Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının əməkdaşları tərəfindən çapa hazırlanıb.
Tədbirin birinci hissəsində kafedranın müdiri, professor Eva-Maria Aux təqdim olunan kitablar haqqında geniş məlumat verib. Qeyd edib ki, bu yeni nəşrlər alman dilli ölkələrdə Azərbaycanla bağlı məlumatların artmasına, o cümlədən Alman-Azərbaycan münasibətləri tarixinin mühüm səhifələrinin geniş surətdə işıqlandırılmasına xidmət edəcəkdir.
Sonra qeyd olunan nəşrlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusən də Azərbaycan Demokratik Respublikası, onun yaranmasının tarixi şəraiti və şərtləri ilə əlaqədar müzakirələr tədbir iştiraklıları arasında böyük marağa səbəb olub.
Tədbirdə kitabların həmmüəllifləridən biri olan həmyerlimiz, Humboldt Universitetinin dosenti Rasim Mirzəyev Azərbaycan Demokratik Respublikası haqqında bir sıra tarixi bilgiləri iştirakçılarla bölüşüb.
Sonda söz Bakıdan gələn qonaqlara - Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələrinə verilib. Agentliyin rəhbəri Seymur Fətəliyev maraqlı elmi nəşrlərə görə Humboldt Universitetinin əməkdaşlarına öz təşəkkürünü bildirdi.
AIDA-nın şöbə müdiri Eltay Aslanov Fondun beynəlxalq miqyasda fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.
///
В Берлинском университете имени Гумбольдта состоялась презентация книг об Азербайджане
В Университете имени Гумбольдта состоялась презентация нескольких книг об Азербайджане, изданных в этом году на немецком языке.
На мероприятии, организованном в основном здании университета, ученым-исследователям, студентам и докторантам, а также представителям общественности были представлены книги «Азербайджанская Демократическая Республика в документах (1918-1920)», «Мусульманская элита Карабаха в период исторических волнений и модернизации (1840-1950)», «Немцы в мультикультуральной среде Южного Кавказа» и «Открытие границ: Немцы в поисках родины между Вюртембергом и Кавказом».
Все вышеназванные книги подготовлены к печати сотрудниками функционирующей при Университете имени Гумбольдта кафедры истории Азербайджана.
В первой части мероприятия заведующая кафедрой, профессор Ева-Мария Аух представила обширную информацию о презентованных книгах. Она отметила, что эти новые издания послужат увеличению в германоязычных странах информации об Азербайджане, в том числе широкому освещению важных страниц истории германо-азербайджанских отношений.
Затем состоялся обмен мнениями о вышеуказанных изданиях. Большой интерес участников мероприятия вызвали обсуждения, связанные с Азербайджанской Демократической Республикой, исторической ситуацией и условиях ее создания.
На мероприятии один из соавторов книг, наш соотечественник, доцент Университета имени Гумбольдта Расим Мирзоев поделился с участниками некоторыми историческими фактами об Азербайджанской Демократической Республике.
В заключение выступили гости из Баку - представители Агентства поддержки международного развития Азербайджанской Республики (AIDA). Руководитель агентства Сеймур Фаталиев выразил благодарность сотрудникам Университета имени Гумбольдта за интересные научные издания.
Заведующий отделом AIDA Эльтай Асланов подробно проинформировал участников о деятельности Фонда в международном масштабе.
AZƏRTAC