Новость из категории: Xəbərlər

Almaniyalı professor Mərkəzi Elmi Kitabxanada öz dilində kitab sifariş verib




34 minlik tələbə heyəti ilə Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biri sayılan Berlin Humboldt Universitetinin professoru Klaudia Luks Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, almaniyalı professor kitabxana ilə tanışlığa oxucuların qeydiyyatı hissəsindən başlayıb. O, kitabxananın e-oxucu kartını əldə edib, e-kataloqdan alman dilində kitab sifariş edərək MEK-in sərgi salonunda “Heydər Əliyev - 95”, “İlham Əliyev”, “Məhəmməd Əmin Rəsulzadə - 135” kolleksiyaları ilə tanış olub.

Ekspert fondların formalaşdırılması, kataloqlaşdırma və sistemləşdirmə, komplektləşdirmə, fondların mühafizəsi bölmələrində, informasiya resurslarına nəzarət və əlaqələndirmə, rəqəmsallaşdırma şöbələrində, nadir kitab fondunda və oxu zallarında gündəlik işin kitabxana proqramında əksinə baxıb.

Almaniyalı professor MEK-in akademiklər zalında yerləşən diplomatik fondda diplomatik nümayəndəliklər tərəfindən kitabxanaya təqdim edilmiş kolleksiyaların formalaşdırılması qaydaları haqqında məlumat alıb.

Qətər Əmirliyinin Milli Kitabxanası layihəsinin 5 il ərzində direktoru olan professor Klaudia Luks proqramçılar şöbəsində proqramın məlumat bazasının işlək vəziyyəti ilə bağlı suallar verib, müxtəlif meyarlar ilə sistemdə axtarış aparıb, proqramın bütün komponentlərinin – oxucu, kitab, insan resursları, maliyyə, sayt, server və başqa modullarının effektiv inteqrasiyasını qeyd edib.
скачать dle 11.3

Похожие новости

Комментарии

It's always helpful to read articles by other authors and use some of the content on other sites.먹튀검증
  • #2
  • 29 января 2024 14:18
  • Автор: jsimitseo
I expect you to thank for your time of this phenomenal read!!! I definately welcome each and every piece of it and I have you bookmarked to look at new stuff of your blog a specific essential read blog!  concierge doctor naples
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив