Новость из категории: Xəbərlər

Berlində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu müzakirə edilib



Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin 1500-ə yaxın şirkətini özündə birləşdirən "Liberaler Mittelstand" təşkilatı ilə birgə Avropanın və Almaniyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna dair tədbir keçirilib.

Bu barədə mediaya səfirlikdən məlumat verilib.

Tədbirin əvvəlində "Liberaler Mittelstand" təşkilatının Berlin nümayəndəliyinin rəhbəri Xristian Qrosse Azərbaycanın indiyədək qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən danışıb, enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın əsas və etibarlı təchizatçılardan biri olduğunu bildirib.

Sonra səfir N.Ağayev tədbir iştirakçılarına Azərbaycanın enerji siyasəti barədə məlumat verib. Bu xüsusda, ölkə rəhbərliyinin qətiyyətinin və uzaqgörən siyasətinin həlledici amil olduğunu söyləyən səfir Xəzərin zəngin karbohidrogen ehtiyatlarını Qərb bazarlarına açmış "Əsrin müqaviləsi"nin tarixi önəmindən bəhs edib, bu müqavilə çərçivəsində istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, regionun ümumi siyasi transformasiyasına, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verdiyini vurğulayıb. N.Ağayev ölkəmizin neft ixracatçısı olmaqla yanaşı, son illər ərzində etibarlı qaz təminatçısına da çevrildiyini vurğulayıb. Bununla əlaqədar, Cənub Qaz Dəhlizinin reallaşdırılması və "Şahdəniz" qazının Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri ilə nəqlinin Avropanın enerji təhlükəsizliyinə müsbət təsirlərindən söz açıb. Keçmişdə bir çoxlarının Cənub Qaz Dəhlizinin reallaşmasına şübhə ilə yanaşdığını xatırladan N.Ağayev bu layihənin artıq reallığa çevrildiyini və bu məqamın bir daha Azərbaycan rəhbərliyinin enerji siyasətinin prinsipiallığına və uzaqgörənliyinə dəlalət etdiyini diqqətə çatdırıb.

Daha sonra, N.Ağayev Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı atdığı addımlara toxunub. O, "yaşıl hidrogen" və "təmiz enerji" layihələri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Səfir, həmçinin Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində törədilmiş kütləvi dağıntılar və hazırda aparılan bərpa və quruculuq işləri ilə bağlı məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.





скачать dle 11.3

Похожие новости

Комментарии

"With its vast library of mods and constant updates, this website is always at the forefront of insta mod customization." 
  • #32
  • 9 декабря 2023 07:33
  • Автор: fdshgr
For that reason webpage, you will see your money, try to remember so that you can plod by this points (: 토토사이트

Beaver advises that after as i aside from that contain enjoy captivation, you can fully understand that article outlined in this article 토토사이트추천

Essentially the most handy statement during this handy theme which have been on the internet 메이저사이트
sports newspaper Its many uses can be defined as follows: Sports news: Sports newspapers. It is a searched news source and reports on sports events happening around the world. ตลาดลูกหนัง With comprehensive and up-to-date information Athletes and those interested in sports can follow news about competitions, competition results, and sports promotion. and other stories immediately
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив