Новость из категории: Xəbərlər

Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu maraqlı müzakirələrlə davam edib




“Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin II Forumu öz işini panel iclası ilə davam etdirib.

Bu barədə mediaya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Dr. Nuran Abdullayevin moderatorluğu ilə keçirilən panel iclası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayevin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin reabilitasiyası: görülmüş işlər və hədəflər” mövzusunda məruzəsi ilə başlayıb.

Ardınca Almaniyada çalışan tibb mütəxəssisləri – “Helios Siegburg” klinikasının daxili xəstəliklər üzrə aparıcı mütəxəssisi Elvin Hüseynov “Bizlərdən sonuncusu”, Avropa Onkologiya Məktəbinin (ESO) səfiri, Ulm Universiteti xəstəxanasının həkim-onkoloqu Nərmin Talıbova “Karyera qadını? Xoşbəxt qadın”, “GFO Kliniken Troisdorf”un klinika direktoru Dr. Nuran Abdullayev “Bir ulduz doğulur”, Essen Universitet xəstəxanasının neyrocərrahiyyə üzrə aparıcı mütəxəssisi Prof. Dr. Ramazan Cabbarlı “Spinal cərrahiyyədə yeniliklər: Naviqasiya və robotik”, Hannoverdəki “AEGİ” plastik cərrahiyyə klinikasının aparıcı mütəxəssisi Dr. Gülşən Əhmədli “Əl cərrahiyyəsi Almaniya nümunəsində. Azərbaycanda inkişaf potensialı”, Visbadendə radiologiya üzrə aparıcı mütəxəssis Dr. Orxan Səfərov “Almaniyada süd vəzi xərçəngi və screeninq”, Giesen Universitet xəstəxanasının ürək cərrahı Dr. Zülfüqar Tağıyev “MBA – Almaniyada ürək cərrahiyyəsi və elmi fəaliyyət: çətinliklər və potensiallar?”, Vestpfalts klinikasının həkim-radioloqu Nicat Nəsirov “Qırmızı və ya göy həb”, “Helios Krefeld” klinikasnın ürək cərrahı Dr. Cavid Fətullayev “İnsan cismindən elektrik enerjisinin istehsalı. Yeni imkan?”, “Bad Salzungen” klinikasının qulaq, burun və boğaz xəstəlikləri üzrə aparıcı mütəxəssisi Cavid Hüseynzadə “Üzdəki dəri törəmələrinin plastik cərahiyyəsi. Prinsiplər və perspektivlər”,

Mannheymdə “Denterra” klinikasının stomatologiya üzrə həkim mütəxəssisi Nəriman Cabbarlı “Almaniyada şəxsi klinik açma. Bütün incəliklər və məsləhətlər”, Hannoverdə “Nordstadt” klinikasının oftalmologiya üzrə aparıcı mütəxəssisi Aqil Hüseynzadə “Praxis sistemi: Almaniyada mövcud ambulator tibbi xidmət sisteminin Azərbaycanda tətbiqi. Nə dəyişə bilər?” mövzularında məruzələrlə çıxış ediblər.

Panel iclasındakı məruzələr silsiləsinə Bakıdakı Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Prof. Qurbanxan Müslümov “Azərbaycanda visseral cərrahiyyənin inkişafı” mövzusunda çıxışı ilə yekun vurub.

Müzakirələr zamanı müxtəlif mövzulara elmi yanaşmalarını ortaya qoyan, ixtiraları və kəşfləri barədə məlumat verən azərbaycanlı həkimlər təkliflərini irəli sürüblər. Həkim soydaşlarımızın Almaniya və dünya səhiyyə sistemində tutduqları mövqelərə diqqəti cəlb edilib və uğur hekayələri bölüşülüb.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində təşkil edilib.
















скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1
  • 30 ноября 2023 11:41
  • Автор: cue sports
Your article is a perfect article without a hitch. Thank you. My website: how does pool betting work
  • #2
  • 2 декабря 2023 07:33
  • Автор: kards
It’s actually a nice and helpful piece of info. I’m happy that you shared this helpful information with us. Please stay us up to date like this.Thank's for sharing.

Here is My Homepage: real money baccarat online

It's actually a nice and helpful piece of information. I'm happy that you shared this helpful information with us. Please stay us up to date like this. Thanks for sharing.

Here is My Homepage: baccarat online real money philippines
Your article is a perfect article without a hitch. Thank you. My site: pba score
  • #4
  • 20 декабря 2023 06:31
  • Автор: prds
Pretty nice post. I just stumbled upon your weblog and wanted to say that I have really enjoyed browsing your blog posts. After all I’ll be subscribing to your feed and I hope you write again soon!

My website: online gambling Strategies
  • #5
  • 8 февраля 2024 05:09
  • Автор: e sabong
After all I’ll be subscribing to your feed and I hope you write again soon!  online sabong live

Pretty nice post. I just stumbled upon your weblog and wanted to say that I have really enjoyed browsing your blog posts. After all I'll be subscribing to your feed and I hope you write again soon!
e bingo online
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив