Новость из категории: Xəbərlər

"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi bəlli olub




"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.

Ölkə çempionu bu raundda "Bayer 04" (Almaniya) ilə üz-üzə gələcək.

"Köhlən atlar" ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını isə 14-də səfərdə keçirəcək.


///

“Bayer 04” klubunun icraçı direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a rəqib olmaları barədə Bild nəşrınə danışarkən deyib:

Funksioner Azərbaycan çempionunun pley-offda Portuqaliyanın "Braqa" komandasını mübarizədən kənarlaşdırdığını xatırladıb: "Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik. "Qarabağ"la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var".

///

Yüksək səviyyədə oyun sərgiləməyə və Avropanı təəccübləndirməyə çalışacağıq.

Bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer 04" klubuna rəqib olmaları ilə bağlı Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

Funksioner leverkuzenlilərin çox güclü kollektiv olduğunu bildirib: "Son ana qədər "Slaviya" (Çexiya) ilə düşəcəyimizə ümid edirdim. Ancaq "Bayer 04" ilə üz-üzə gələcəyik. Rekordlar qıran yenilməz komandadır. Bu mövsüm ən üst səviyyədə çıxış edirlər. Çətin oyun olacaq. Amma biz onları tanıyırıq və təcrübəmiz var. "Qarabağ"ın möhtəşəm qələbəsi bizi ruhlandırıb".
скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1
  • 14 апреля 2024 00:50
  • Автор: ch
This is such an awesome asset, to the point that you are giving and you give it away for nothing. I adore seeing blog that comprehend the benefit of giving a quality asset to free.  white gummies by fidels for sale
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив