Новость из категории: Xəbərlər

Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunda Təqaüd Proqramının ilk qalibləri açıqlanıb




Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunda Təqaüd Proqramının ilk qalibləri müəyyən olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, “Heydər Əliyev İli” çərçivəsində Berlin şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə bildirilib ki, onlar həkim Nərmin Quliyeva, Azərbaycan Tibb Universitetinin məzunu Gülnarə Abdullayeva və Türkiyədə təhsil alan tələbə Təbriz Məmmədlidir.

Qeyd edək ki, tədbirdə Almaniyanın 70-ə yaxın şəhərindən gələn tibb mütəxəssisləri və qonaqlar, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları iştirak ediblər.

Forum zamanı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində II forumun təşkilinin çox böyük önəm kəsb etdiyi, respublikaya rəhbərlik etdiyi hər iki dövrdə onun bütün sahələrlə yanaşı, xaricdə təhsil və inteqrasiya məsələlərinə, diaspor quruculuğuna xüsusi qayğı və diqqət göstərdiyi, Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan diasporunun yeni mərhələyə qədəm qoyduğu, milli dəyərlərimizin dünya miqyasında təbliği və tanıdılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər diqqətə çatdırılıb.

Forumda müxtəlif təqdimatlar və məruzələr təqdim olunub, Almaniyanın səhiyyə sistemində önəmli mövqelərə malik olan azərbaycanlı həkimlərin elmi nailiyyətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin portreti təqdim edilib və xatirə şəkli çəkilib.

II Forum iştirakçıları tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində təşkil edilib.
скачать dle 11.3

Похожие новости

Комментарии

The overall appearance of your website is amazing, let alone the content! Anyway, I will subscribe to your feed and even my achievements, and you will continue to access them quickly.토토사이트making me feel unable to write the stars in your eyes in words.
  • #2
  • 30 ноября 2023 11:39
  • Автор: cue sports
Excellent to the point article and news.. Well appreciated, My sites: pool betting games
  • #3
  • 5 декабря 2023 07:12
  • Автор: prds
Pretty nice post. I just stumbled upon your weblog and wanted to say that I have really enjoyed browsing your blog posts. After all I’ll be subscribing to your feed and I hope you write again soon!

My website: rugby betting
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив