Новость из категории: Ümümi məlumat: Almaniya

Almaniyanın qısa tarixi



Alman xalqının formalaşması

Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur.

İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu. Təxminən 100-cü ildən başlayaraq german tayfaları Reyn və Dunay çayları arasındakı ərazilərə, Avstriyaya, Bavariya ərazisinə, həmçinin bəzi Roma əyalətlərində məskunlaşmağa başladılar. Roma imperiyasının parçalanmasının və dağılmasının əsas səbəblərdən biri də german tayfalarının davamlı olaraq imperiyaya qarşı hücümları idi.

Almaniya Orta Əsrlərdə

Almanlar romalıların təsiri altında xristianlığı qəbul edirlər. Daha sonra yaranan Müqəddəs Roma imperiyasında almanlar əsas rolu oynayan xalq olurlar. 11 və 12-ci əsrlərdə Müqəddəs Roma imperiyası İtaliya və Burqundiyanı öz ərazisinə qatır. 12-ci əsrdən etibarən isə almanlar Şərqi Avropada yaşayan slavyanları əsarət altına almağa başlayırlar. Ostsiedlung adını alan bu proses nəticəsində almanlar Şərqi Avropada çoxlu sayda koloniyalar yaratmağa başlayırlar.

16-cı əsrdə Almaniyada keşiş Martin Lüterin başçılığı altında reformasiya hərəkatı başlanır. Katolik kilsəsindən ayrılan Lüteran kilsəsi 1530-cu ildən etibarən bir çox alman dövlətlərində rəsmi dinə çevrilir. Məzhəblərarası qarşıdurma 30 İllik müharibəyə (1618-1648) gətirib çıxardı, bu müharibə Almaniyaya çox böyük ziyan vurdu, Almaniyanın əhalisi 30% azaldı. [1] 1740-cı ildən etibarən alman torpaqları Habsburqlar Sülaləsi və Prussiya arasında rəqabət meydanına çevrilir. 1806-cı ildə Napoleon Almaniyanı işğal edərək Müqəddəs Roma imperiyasına son qoydu.

Napoleon işğallarının ardından keçirilən Vyana Konfransında Alman Dövlətlərinin Konfederasiyasının yaradılması haqqında qərar qəbul olundu. Bu konfederasiyaya 39 dövlət daxil idi. Konfederasiya dövründə alman milliyətçiliyi ideologiyası xüsusilə gənc intellektual insanlar arasında geniş yayılmağa başladı. Məhz həmin dövrdə Almaniyanın simvolları kimi qırmızı, qızılı və qara rənglərdən istifadə olunmağa başlandı, bu rənglər sonradan Almaniya bayrağının rənglərinə çevrildilər. 1862-ci ildə kral Otto fon Bismarkı Prussiyanın yeni baş naziri elan edir. Bismark 1864-cü ildə Danimarkaya qarşı uğurlu müharibə aparır. Bundan dərhal sonra Bismark Avstriyaya qarşı hücuma keçir. 1866-cı ildə baş verən Avstriya-Prussiya müharibəsində prussiyalılar qətiyyətlə qələbə qazanaraq Avstriyanı konfederasiyadan kənarlaşdılar. Beləliklə Alman Dövlətlərinin Konfederasiyası buraxılır. Onun əvəzində isə Prussiyanın başçılıq etdiyi Şimali Alman İttifaqı (Norddeutscher Bund) yaranır. 1870-ci ildə Fransa-Prussiya müharibəsi başlayır. Bu müharibədə Fransa darmadağın olunur.

Almaniya İmperiyası və Birinci Dünya Müharibəsi

1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü.

Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerunda bir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci Dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 İyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi və bu Birinci Dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi. Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü. 1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti qururldu. Yeni hökümət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı. 1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi. [3] Razılaşma Almaniyada "Müharibənin alçaldılmış formada davamı" kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci Dünya müharibəsinə gətirib çıxardı.


Veymar Respublikası və Hitlerin hakimiyyətə gəlişi


Almaniyada respublikanın qurulması sabitliyi bərqərar etmədi. Nəticədə ölkədə bir sıra qüvvələr hakimiyyəti zorla ələ keçirməyə cəhd etdilər. Bavariyada kommunistlər inqilab edərək orada hakimiyyəti ələ keçirdilər. Bavariya Sovet Respublikası (1918-1919) cəmi bir il mövcud olduqdan sonra mərkəzi qüvvələrin Münhenə hücumu nəticəsində dağıdıldı. Bunun ardından 1919-cu ilin avqust ayında Veymar Respublikası quruldu. Avqustun 11-də prezident Fridrix Ebert Veymar Konstitutsiyasını təsdiq etdi. Lakin bunlar ölkədə sabitlik yaranmasına kömək etmədi. İqtisadi kriz, Versal müqaviləsinin ağır şərtləri ölkənin iqtisadiyyının dirçəlməsinə imkan vermirdi. Həmçinin ölkədə kommunistlərlə millətçilər arasında olan düşmənçilik siyasi sabitliyin bərqərar olmasına imkan vermirdi.

Belə bir zamanda Almaniyada iki əsas siyasi qüvvə yüksəlməyə başladı. Bunlar Adolf Hitlerin başçılıq etdiyi Alman Nasional Sosialist Fəhlə Partiyası və Ernst Telmanın başçılıq etdiyi Almaniya Kommunist Partiyası idi. Hər iki partiya 1932-ci ildə keçirilmiş parlament seçkiləri zamanı böyük səs çoxluğu yığaraq parlamentdə əksər yerləri əldə etsələr də, koalisiya höküməti qurmaq məsələsində bir razılığa gələ bilmədilər. Bir neçə dəfə onların qurduğu nazirlər kabineti dağıldığına görə nəhayət 30 yanvar 1933-cü ildə prezident Paul fon Hindenburq Adolf Hitleri reyxkansler elan etdi. Bununla da Almaniya və dünya tarixində dərin iz qoymuş Üçüncü Reyx hakimiyyəti başladı.

Hitlerin hakimiyyətinin ilk illərində Almaniya Birinci Dünya müharibəsində itirdiyi torpaqları geri əldə etməyə başladı. Belə ki, 1935-ci ildə Saarland, 1936-cı ildə isə Reyn vilayəti Fransadan geri alındı. Almaniyanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı, ölkədə işsizlik durmadan azalırdı, bununla paralel Almaniya qalib dövlətlərə ödəməli olduğu təzminat ödənilməsini dayandırdı. Eyni zamanda Almaniya öz ordusunu sürətlə gücləndirirdi. Bunun ardınca 1938-ci ildə Avstriya, 1939-cu ildə isə Çexoslovakiya könüllü şəkildə Almaniyanın tərkibinə daxil oldu. Almaniya 1936-1939-cu illərdə davam edən İspaniya vətəndaş müharibəsində birbaşa olaraq öz müttəfiqi Fransisko Frankonun qoşunlarına dəstək verərək orada da faşist hakimiyyətinin qurulmasına yardım etdi. 1936-cı ildə Almaniya və Yaponiya arasında Anti-Komintern paktı imzalandı. Bu razılaşmaya 1 ildən sonra İtaliya da qoşuldu. 1939-cu ildə isə Almaniya və SSRİ arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu müqaviləyə əsasən Polşa və Baltikyanı ölkələr iki imperialist dövlət arasında bölüşdürüldü. Həmçinin Almaniya və SSRİ 10 il arzində bir-birinə hücum etməmək barədə öhdəlik götürdülər. 1939-cu il sentyabr ayının 1-də Almaniyanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başladı. Ardınca SSRİ də Polşa və Baltikyanı ölkələrə hücum edərək onları işğal etdi.

Almaniya İkinci Dünya Müharibəsi illərində

Müharibənin ilk günlərindəcə alman ordusu Wehrmacht böyük uğurlar əldə etdi. Vermaxt çox qısa bir müddətdə Polşanı (1939), Norveçi (1940), Belçika (1940), Hollandiya (1940), Fransanı (1940) işğal etdi. Yalnız Fransanın işğalı zamanı almanlar 30.000 nəfər əsgər itki verdi. Fransa tərəfdən isə ölən əsgərlərin sayı 360.000, əsir düşənlərin sayı isə 2 milyon idi. Xüsusilə Fransanın işğal olunması Almaniyaya çox böyük ərazilər qazandırdı, belə ki Fransanın bütün müstəmləkələri Almaniyanın nəzarəti altına keçdi. Almaniya Böyük Britaniya ilə sülhə girməyə çalışsa da, həmin vaxt almanlara qarşı dərin nifrət bəsləyən Britaniyanın baş naziri Uinston Çörçillin barışmaz mövqedə durması hər iki ölkəni bir-birinə qarşı muharibəyə sürüklədi. Fransanın tutulmasından az sonra Almaniya Britaniyaya qarşı hava hücumuna keçdi. Almanların planı Britaniya adalarını ağır bombardman etdikdən sonra desant qoşunları vasitəsilə bütün adaları tutmaq idi.

Britaniya səmasında 3 ay davam edən döyüşlərdə alman hərbi hava qüvvələri məğlubiyyətə uğradı, alman quru qoşunları isə heç vaxt Britaniya ərazisinə daxil ola bilmədilər. Bu Almaniyanın müharibədə ilk ciddi məğlubiyyəti oldu. Bu uğursuzluqdan sonra almanlar britaniyalılara qarşı Atlantik okeanında müharibə etmək taktikasına keçsələr də, burada da ciddi bir uğur əldə etmək mümkün olmadı. 1941-ci ilin başlanğıcında alman ordusu Şimali Afrikaya yeridildi. Burada almanlar ingilis ordusunu dalbadal bir neçə məğlubiyyətə uğradaraq onları Misirin içərilərinə kimi sıxışdırdı. Həmin ilin aprel ayında isə almanların Balkan Yarımadasına hücumu başladı. Burada Bolqarıstan və Rumıniya Almaniyanın müttəfiqləri oldular. Yunanıstan və Yuqoslaviya isə qısa müddət ərzində almanlar tərəfindən tutuldu. Bunun ardınca isə Almaniya Avropadakı bütün müttəfiqləri ilə birlikdə SSRİyə hücuma keçdi. Almanlar SSRİ-yə qarşı müharibənin qısa olacağını təxmin edirdi, onlar 1941-ci ilin Dekabr ayına kimi Həştərxan və Arxangelsk şəhərləri arasındakı xəttə qədər olan bütün əraziləri tutmağı planlaşdırırdı. Hitlerin çıxışında dediyi kimi

Bizə yalnız qapını döyməyimiz lazımdı, bunun ardınca isə ev özü dərhal dağılacaq.

Hitler bu sözləri ilə Sovet imperiyasının yüzlərlə xalqı zorla əsarət altında saxlamasını nəzərdə tuturdu. Alman ordusu ilk günlərdəcə böyük uğurlara imza atdı. Sentyabrda Kiyev, Minsk və Baltikyanı ərazilər tutuldu, Leninqrad şəhəri mühasirəyə alındı. Yeni tutulmuş ərazilərdə yaşayan əhali almanları xilaskar kimi qarşıladı. Sovet ordusunda zorla döyüşməyə məcbur edilən və ruslar tərəfindən çox pis rəftara məruz qalan sovet ordusunun qeyri-rus əsgərləri kütləvi şəkildə alman ordusunun tərəfinə keçirdilər. Müxtəlif hesablamalara görə 1-1.5 milyon sovet əsgəri alman ordusunun tərəfinə keçmişdi. Lakin almanların hücumları Moskva ətrafındakı döyüşdə dayandırıldı. Bu döyüşdə almanların məğlubiyyətinin əsas səbəblərindən biri kəskin soyuq hava olsa da, digər bir səbəb ABŞ və Böyük Britaniyanın SSRİ-yə çox böyük miqdarda hərbi-texniki və ərzaq cəhətdən yardım etməsi oldu. [4]

1941-ci ilin sonunda həmin dövrdə dünyada ən güclü iqtisadiyyata malik ölkə olan ABŞ-ın Almaniya və Yaponiyaya qarşı müharibə elan etməsi almanların vəziyyətini bir qədər də çətinləşdirdi. Lakin 1942-ci ilin əvvəlində alman ordusu yenidən rusları bir neçə döyüşdə ağır məğlubiyyətə uğradaraq Rusiyanın cənubuna və Qafqaza doğru irəliləməyə başladı. Lakin həmin dövrdə almanların Şimali Afrikada baş verən El Alameyn döyüşündə ingilis ordusuna məğlub olmaqları onların vəziyyətini daha da çətinləşdirdi. Bu döyüşün ardınca Rusiyanın cənubunda Stalinqrad və Qafqaz uğrunda gedən döyüşlərdə məğlub olan almanlar getdikcə qazandıqları əraziləri itirməyə başladılar. 1943-cü ildə Almaniyanın yaxın müttəfiqi İtaliya düşmən tərəflə razılığa gələrək almanlara qarşı müharibə elan etdi. 1945-ci ildə Almaniya qəti olaraq məğlubiyyətə uğradı. İkinci Dünya müharibəsi Almaniyaya baha başa gəldi. 12 milyon nəfər alman bu müharibədə öldürüldü, ölkə iqtisadiyyatı tamamilə dağıdıldı. Xüsusilə Sovet ordusunun əsgərləri işğal etdiyi Şərqi Almaniyada böyük dağıntılar törədir, dinc əhalini qırır, alman qadınlarını kütləvi şəkildə zorlayırdı. Şərqi Almaniya həmin dövrdə məruz qaldığı dağıntılardan indiyə kimi tam özünə gələ bilməmişdir.

Müharibədən sonrakı Almaniya

Müharibə milyonlarla almanın ölümünə səbəb oldu, çox böyük ərazilər Almaniyadan qoparıldı, təxminən 15 milyon alman qonşu ölkələrdən qovuldu. Demək olar ki, bütün şəhərlər və iri sənaye müəssisələri dağdıdıldı. Almaniyanın yerdə qalan əraziləri işğalçı 4 ölkə (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) arasında hərbi ərazilərə bölündü. Buna uyğun olaraq Berlin şəhəri də həmçinin 4 işğalçı ölkələr arasında uyğun zonalara ayrıldı. ABŞ, B.Britaniya və Fransa tərəfindən nəzarət olunan 3 qərbi ərazi 1949-cu il Mayın 23-də vahid dövlətdə birləşdirildi. Yeni dövlət Almaniya Federativ Respublikası adlanırdı. Buna cavab olaraq SSRİ nəzarət etdiyi ərazilərdə başqa bir dövlətin, Almaniya Demokratik Respublikasının yarandığını elan etdi (7 Oktyabr 1949-cu il). Həmin dövlətlər dünyada formal olaraq "Qərbi Almaniya" və "Şərqi Almaniya" kimi tanınırdılar. Şərqi Almaniya öz paytaxtı kimi Berlin şəhərinin şərq sektorunu seçdi, Qərbi Almaniyanın paytaxtı isə Bonn şəhəri elan olundu. Lakin Qərbi Almaniya Bonn şəhərini müvəqqəti paytaxt elan etmişdi, bunun arxasında Almaniyanın nə vaxtsa vahid bir dövlətdə birləşdirilməsi və Berlinin vahid paytaxt elan edilməsi məqsədi dururdu. Qərbi Almaniya 1950-ci ildə NATO-nun və 1957-ci ildə Avropa Birliyinin üzvü olmuşdur.скачать dle 11.3

Похожие новости

Комментарии

We have a site for sports games. You must be interested. Jade Toad Fishing
A sincere thank you to the hardworking team members who form the backbone of our success. Big thanks for the thoughtfully crafted this Reaction Time Test—a simple yet effective way to gauge mental alertness. It's really help me to boost my reflex speed.
  • #33
  • 17 января 2024 20:34
  • Автор: Dom
펀초이스 equips you with the wisdom to select a massage haven. Say goodbye to stress and hello to tranquility.
  • #34
  • 18 января 2024 14:51
  • Автор: Dom
I can't get enough of 탑걸주소. Legal and free access to Japanese media is a dream come true.

We had an unforgettable evening at 제주퍼블릭. The fusion of tradition and modernity is captivating.

OPGuide's 테라피 options are diverse and effective. They truly prioritize your well-being and relaxation.
  • #35
  • 18 января 2024 22:21
  • Автор: Dom
I can't thank 오피뷰 enough for optimizing officetel living.
  • #36
  • 20 января 2024 08:29
  • Автор: Dom
Visiting 제주오피 is on my bucket list. I can't wait to explore this unique concept.
  • #37
  • 22 января 2024 17:59
  • Автор: Dom
Escape to nature with countryside 휴게텔 locations.
  • #38
  • 22 января 2024 23:01
  • Автор: Dom
At 부산달리기, you're not just a client; you're a cherished guest.

I love how 오피가이드's visuals bring OPs to life.

I appreciate how 오피검색 simplifies the process of finding massage parlors.

오피스타 offers a diverse range of healing options. It's a one-stop platform for all your well-being needs.
  • #39
  • 23 января 2024 18:21
  • Автор: Dom
The high-definition streaming on 누누티비 provides a cinematic experience in the comfort of your home.
  • #40
  • 27 января 2024 12:58
  • Автор: Dom
The immersive live sports coverage on 불독티비 is unmatched. It's like being in the stadium from the comfort of your home.
  • #41
  • 28 января 2024 17:18
  • Автор: Dom
Elevate your EPL discussions with EPL중계's insights.

Elevate your Premier League experience with EPL중계's in-depth coverage.
  • #42
  • 29 января 2024 17:20
  • Автор: jsimitseo
Gee… I translate writes on a similar to issue, be that as it may I never went by your blog. I added it to populars additionally i'll be your reliable preliminary.  concierge doctor naples
  • #43
  • 3 февраля 2024 15:46
  • Автор: Dom
If you haven't experienced 강남하이퍼블릭 yet, you're missing out. It's an exceptional entertainment destination in Seoul.
After all I'll be subscribing to your feed and I hope you write again soon! blackjack online game
  • #45
  • 21 февраля 2024 14:41
  • Автор: Dom
opstar's pain management techniques have been a game-changer for my chronic issues.
The Rajasthan Staff Selection Board (RSSB) has released the official notification of RSMSSB 2024 on the official website
  • #47
  • 22 февраля 2024 18:20
  • Автор: yosuuf
Timely GPT: Your 교직원채용 solution.
  • #48
  • 25 февраля 2024 22:55
  • Автор: 호수
I appreciate how 흥신소 사람찾기 maintains strict information management to protect our data.
Unwind and release tension with the gentle strokes of 오피가이드 massage therapy.

The sense of belonging I've found within this 오피가이드 community is truly priceless. It's like finding a home away from home in the vast expanse of the internet.

The sense of belonging I've found within this 오피가이드 community is truly priceless. It's like finding a home away from home in the vast expanse of the internet.
La tua scrittura è così accattivante che mi fa tornare per saperne di più. Scopri la tua velocità di clic con questo divertente e interattivo Test CPS!

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив