Berlində Azərbaycandakı yəhudilərlə bağlı konfrans keçirilib

Berlində Azərbaycandakı yəhudilərlə bağlı konfrans keçirilib
Azərbaycanın Almaniyadakı səfirliyi İsrail səfirliyi ilə birgə iyunun 20-də Berlindəki qədim tarixə malik Pestalotsi Sinaqoqunda "Azərbaycanda yəhudi həyatı" adlı tədbir, habelə eyniadlı sərgi və "Azərbaycanda Yəhudi İrsi" adlı fotokitabın təqdimatını keçirib.
Azərbaycanın Almaniyadakı səfirliyinin Mətbuat xidmətindən mediaya verilən məlumata görə, tədbirin rəsmi tərəfdaşları qismində Almaniya Yəhudiləri Mərkəzi Şurası, Berlin Yəhudi İcması və Avropa Ravvinləri Konfransı kimi Almaniyanın və Avropanın ən nüfuzlu yəhudi təşkilatları çıxış ediblər.
Tədbirdə Bundestaq deputatları, Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, yəhudi, türk və digər icmaların üzvləri iştirak ediblər.
Səfir Nəsimi Ağayev çıxışında iştirakçıları ölkəmizdə yaşayan yəhudilər, onların tarixi, Azərbaycandakı multikulturalizm və dinlərarası harmoniya mühiti, İsrail ilə qurulmuş dostluq münasibətləri və strateji tərəfdaşlıq və s. barədə məlumatlandırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin ölkədə multikulturalizm və dinlərarası harmoniya mühitinin daha da dərinləşməsinə və inkişafına yönəldiyini vurğulayıb.
İsrailin Almaniyadakı səfiri Ron Prozor tədbirdəki çıxışında Azərbaycan və İsrail arasında yüksək səviyyəli münasibətlərdən söhbət açıb və ölkəmizin İsraildə səfirliyinin təsis edilməsinin bu münasibətləri yeni səviyyəyə qaldırdığını vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycanda yəhudi icmasının yaşaması müsəlmanlar ilə yəhudilərin dinc şəkildə birgəyaşayışına gözəl bir nümunədir.
Tədbirdə tərəfdaş qismində çıxış edən Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botman, Berlin Yəhudi İcmasının sədri Qideon Yoffe və Pestalotsi Sinaqoqunun baş ravvini Yonah Zivers çıxışlarında Azərbaycanda mövcud olan tolerantlıq və dinlərarası harmoniya mühitinin çox təqdirəlayiq hal olduğunu bildiriblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoliy Rafailov, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və Bakı Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovskinin iştirakı ilə panel müzakirələr keçirilib. İştirakçılar müsəlman ölkəsində yəhudilərin azad fəaliyyət göstərməsi, öz dini ayinlərini sərbəst şəkildə icra etmələri, habelə Azərbaycanın antisemitizm hallarının mövcud olmadığı nadir ölkələrdən olmasından bəhs ediblər.
Tədbir müddətində Almaniyada yaşayan musiqiçi həmyerlimiz, skripkaçı Fəridə Rüstəmova və İzidoro Abramoviçin rəhbərlik etdiyi Pestalotsi Sinaqoqunun xor kollektivi Azərbaycan, yəhudi və Avropa musiqisi nümunələrindən ibarət konsert proqramı ilə çıxış ediblər.
Tədbir qonaqların böyük marağı ilə qarşılanıb.
///
Conference dedicated to Azerbaijan’s Jewish community held in Berlin
An event entitled “Life of Jews in Azerbaijan”, an exhibition under the same name and a presentation of the photo book “Jewish heritage in Azerbaijan” were held in the Pestalozzi synagogue in Berlin on June 20, with the joint organization of the embassies of Azerbaijan and Israel in Germany, informs the press service of the Azerbaijani Embassy in Germany.
The official partners of the event were influential Jewish organizations in Germany and Europe - the Central Council of Jews in Germany, the Jewish community of Berlin and the Conference of European Rabbis.
The event was attended by members of the Bundestag, high-ranking representatives of German government institutions, ambassadors, media representatives, scientists and cultural figures, as well as members of the Azerbaijani, Jewish, Turkish and other communities living in Germany.
During his speech, Azerbaijani Ambassador to Germany Nasimi Agayev spoke about the Jews living in the country, their history, the environment of multiculturalism and inter-religious harmony in Azerbaijan, friendly relations and strategic partnership with Israel.
Israeli Ambassador to Germany Ron Prozor in his speech touched upon high-level relations between Azerbaijan and Israel and stressed that the opening of the Azerbaijani embassy in Israel raised these relations to a new level. The diplomat noted that the Jewish community of Azerbaijan is an example of the peaceful coexistence of Muslims and Jews.
///
В Берлине прошла конференция, посвященная еврейской общине Азербайджана
20 июня при совместной организации посольств Азербайджана и Израиля в Германии в синагоге Песталоцци в Берлине прошло мероприятие под названием "Жизнь евреев в Азербайджане", а также одноименная выставка и презентация фотокниги "Еврейское наследие в Азербайджане".
Как сообщили в пресс-службе посольства Азербайджана в Германии, официальными партнерами мероприятия выступили влиятельные еврейские организации Германии и Европы - Центральный совет евреев Германии, еврейская община Берлина и Конференция европейских раввинов.
В мероприятии приняли участие депутаты Бундестага, высокопоставленные представители государственных учреждений Германии, послы, представители СМИ, деятели науки и культуры, а также члены азербайджанской, еврейской, турецкой и других общин, проживающих в Германии.
В ходе выступления посол Азербайджана в Германии Насими Агаев рассказал о проживающих в нашей стране евреях, их истории, о среде мультикультурализма и межрелигиозного согласия в Азербайджане, о дружеских отношениях и стратегическом партнерстве с Израилем.
Посол Израиля в Германии Рон Прозор в своем выступлении коснулся отношений высокого уровня между Азербайджаном и Израилем и подчеркнул, что открытие посольства Азербайджана в Израиле подняло эти отношения на новый уровень. Дипломат отметил, что еврейская община Азербайджана - пример мирного сосуществования мусульман и евреев.



















