Новость из категории: Xəbərlər

Səfir: Merkelin Azərbaycana səfəri yüksək siyasi dialoqun məntiqi davamı idi [MÜSAHİBƏ]




Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun Trend-ə müsahibəsi

- Cənab səfir, Almaniyanın federal kansleri Angela Merkelin avqustun 25-də Azərbaycana baş tutmuş səfəri son günlərdə ən çox toxunulan və müzakirə olunan mövzulardan biri oldu. Sizin səfər barədə düşüncələrinizi bilmək maraqlı olardı.

- Təbii ki Avropa İttifaqında (Aİ) söz sahibi olan və dünyanın iqtisadi gücləri sırasında ilk iyirmilikdə yer alan bir dövlətin hökumət başçısının ölkəmizə ilk səfəri öz-özlüyündə mühüm və tarixi bir hadisədir. Prezident İlham Əliyev son illərdə kanslerin dəvəti ilə Berlinə, eləcə də Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə bu şəhərə bir neçə dəfə səfər edib. Bu baxımdan, AFR kanslerinin də ölkəmizə səfəri təşəkkül tapmış yüksək siyasi dialoqun məntiqi davamı idi.

Digər tərəfdən, məlum olduğu kimi, A.Merkel Azərbaycanla yanaşı, digər Cənubi Qafqaz ölkələrinə də səfər etdi. Bununla əlaqədar olaraq, səfər bir-birindən kəskin şəkildə fərqlənən sosial-iqtisadi inkişaf səviyyəsinə və xarici siyasət kursuna malik olan bu region ölkələrində keçirilən görüşlərin və səsləndirilən bəyanatların müqayisəli təhlili əsasında AFR xarici siyasətində Azərbaycanın yeri və roluna obyektiv qiymətin verilməsi baxımından da xüsusi maraqla izlənildi.

Səfər eyni zamanda Almaniya ictimaiyyətində də böyük rezonans doğurdu. Birincisi, qeyd etdiyim kimi bu, Federal kanslerin Azərbaycan və Ermənistana ilk səfəri idi. Eyni zamanda, Almaniyanın Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan hər üç region ölkəsi ilə münasibətləri həm də Aİ-nin Cənubi Qafqaz siyasəti kontekstində böyük ictimai maraq doğururdu. Doğrudur, Almaniyadakı bəzi antiazərbaycan qüvvələr səfər öncəsi diqqəti Azərbaycan haqqında tənqidi məlumatlara yönləndirməyə çalışaraq, səfərə kölgə salmağa çalışırdılar. İşğal altında olan torpaqlarımıza qanunsuz səfər etdiyi üçün arzuolunmaz şəxslərin siyahısına daxil edilmiş Bundestaqın deputatı Albert Vaylerin məsələsində mətbuatda yaradılmış süni ajiotaj buna əyani sübutdur.

Amma səfərin uğurlu gedişatı və məhsuldar nəticələr Azərbaycan-Almaniya münasibətlərinin həqiqi mahiyyətini ortaya qoymuş oldu. İstər mətbuat, istərsə də rəsmi, siyasi, iqtisadi və elmi-mədəni dairələrin diqqəti tezliklə səfər zamanı müzakirə olunmuş substantiv məsələlərə yönəlmiş oldu. Xanım Merkelin ölkəmizə səfəri Azərbaycanda olduğu kimi, Almaniyada da uğurlu və məhsuldar hesab edildi.


- Bunu şərtləndirən əsas amillər barədə nə deyə bilərsiniz?

- Təbii ki, Azərbaycan Cənubi Qafqaz ölkələrinin içərisində siyasi və iqtisadi baxımdan Almaniya üçün ən əhəmiyyətli ölkədir. Bu, təkcə Azərbaycanın Aİ üçün strateji əhəmiyyətə malik olan Cənub Qaz Dəhlizi layihəsinin lokomotivi olması və Almaniya-Cənubi Qafqaz ticarət dövriyyəsində 70 % paya malik olması ilə əlaqədar deyil. Azərbaycan həm də regionda tam müstəqil siyasət aparan, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası əsasında regionun dünya bazarına yolunu açan, o zamandan etibarən dünyanın nəhəng enerji şirkətləri ilə uğurlu əməkdaşlıq edən, dünya ölkələrinin etimadını qazanan, beynəlxalq əməkdaşlıq üçün regional infrastrukturun yaranmasında başlıca rol oynayan mühüm “oyunçudur”.

Azərbaycan diplomatik münasibətlər qurduğu ilk ölkələrin sırasında yer alan Almaniya ilə fəal siyasi dialoq və bərabərhüquqlu əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz arasında ən yüksək səviyyədə səmimi siyasi dialoq mövcuddur. Almaniyanın hakimiyyət dairələri A.Merkelin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüşdə müxtəlif mövzular ətrafında aparılmış məzmunlu müzakirələri yüksək qiymətləndirir, bunu ölkələrimiz arasında mövcud olan siyasi əməkdaşlıq üçün çox əhəmiyyətli hesab edirlər.

Digər diqqətəlayiq məqam kansleri ölkəmizə iqtisadi nümayəndə heyəti müşayiət etməsi və region ölkələrinə səfər zamanı yalnız Bakıda Azərbaycan və Almaniyanın siyasi liderlərinin iştirakı ilə iş adamları ilə görüşün keçirilməsidir. Təsadüfi deyil ki, Almaniya rəsmiləri və mütəxəssisləri səfərə siyasi dəyər verərkən, iqtisadi aspekti də önə çəkir, bu səfərin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın şaxələnməsi və dərinləşməsi üçün yaxşı zəmin yaratdığını hesab edirlər. Həqiqətən də, iş adamları ilə keçirilmiş görüşdə konkret birgə layihələr üzrə iş aparmağa dair ideyalar müzakirə olundu və aidiyyəti üzrə tapşırıqlar verildi. Sözügedən görüşün nəticəsi olaraq, iqtisadi dairələr arasında nəzərdə tutulan qarşılıqlı təmaslar şübhəsiz, bu sahədə ikitərəfli əməkdaşlığa öz töhfəsini verəcəkdir.

Almaniya kanslerinin ölkəmizə səfərinin mərkəzində duran mövzulardan biri də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Almaniya həm Minsk Qrupunun üzvü, həm də Aİ çərçivəsində mühüm tərəfdaşımız kimi, münaqişənin ədalətli həllinin tərəfdarıdır. Bu ölkə münaqişə tərəfləri arasında müsbət danışıqlar mühitinin yaradılmasına töhfə verməyə hazır olduğunu hər zaman bəyan edir. A.Merkel Bakıda həmçinin qeyd etdi ki, Ermənistandakı hakimiyyət dəyişikliyi vəziyyəti yaxşılaşdıra, danışıqlar prosesini irəliyə apara bilərdi. Məlum olduğu kimi, konstruktiv danışıqların tərəfdarı olan Azərbaycandan fərqli olaraq, Ermənistan bugünkü status kvonu qorumaq məqsədilə danışıqlardan qaçmağa və ya onları sabotaj etməyə meyillidir. Odur ki, Almaniya özünün siyasi çəkisi və iqtisadi imkanlarından istifadə edərək işğalçı Ermənistanın münaqişənin həlli məqsədilə danışıqlar masasına cəlb edilməsinə töhfə verə bilərdi.

- AFR kanslerinin ölkəmizə səfərinin uğurlu nəticələri Azərbaycan və Almaniya arasındakı ikitərəfli münasibətlərdə hansı perspektivlər vəd edir? Bundan sonra hansı prioritetlər üzərində işləməyi düşünürsünüz?

- Ölkələrimiz arasında olan münasibətlərin mövcud səviyyəsi, əlaqələrin artan dinamikası, müxtəlif sahələri əhatə edən sıx təmaslar, o cümlədən AFR kanslerinin Azərbaycana ilk səfərinin ölkələrimiz arasındakı əməkdaşlığı bütün istiqamətlərdə daha da inkişaf etdirmək üçün yaratdığı münbit şərait Azərbaycan diplomatiyasının üzərinə yeni vəzifələr qoyur. Düşünürəm ki, Almaniyanın ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynaması, ölkələrimiz arasında siyasi əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması, alman şirkətlərinin Azərbaycan iqtisadiyyatına daha yaxından cəlb olunması, eləcə də humanitar sahələrdə mövcud əlaqələrin genişləndirilməsi və Azərbaycan mədəniyyəti və turizminin Almaniyada daha da yaxından tanıdılması üçün imkanların dəyərləndirilməsi və onlardan istifadə edilməsi növbəti illərdə fəaliyyətimizin əsas konturları olacaq.
скачать dle 11.3

Похожие новости

Комментарии

  • #2
  • 20 мая 2020 10:56
  • Автор: nhnxdzsax
Get 250 freespins + 500 deposit bonus / Получи 250 Фриспинов + 500$ бонуса https://vk.cc/at0af5 Best online site for money game / Лучший онлайн-сайт для игры на деньги
  • #4
  • 13 апреля 2021 11:38
  • Автор: unremo
  • #5
  • 17 августа 2021 19:02
  • Автор: Lloydphard
buy viagra online canada pharmacy canada viagra generic buy generic viagra online viagra from a pharmacy in canada how much does cialis cost drapolene cream cialis from canada pharmacy do you need a prescription for cialis buy cheap viagra online canadian pharmacy - viagra drugs without a prescription cost of cialis canadian pills online ed medication buy cialis online how much is viagra
  • #6
  • 19 августа 2021 14:07
  • Автор: JoshuaBuh
generic cialis canada pharmacy online cialis from.canada cialis without a prescription cheap viagra is there a generic for cialis? discount meds price viagra canadarx.com walmart drug prices without insurance ed meds canadian pharcharmy cheap viagra pills viagra online generic cheap viagra uk viamedic .com by pills from canada
  • #7
  • 10 сентября 2021 01:03
  • Автор: PeterPuppy
viagra online purchase canadarx.com usa pharmacy online drug world canada canadian pharmacy.com how much is viagra ed meds online canadian pharmacies shipping to usa cheap viagra generic viagra canada online canadian discount pharmacies best treatments for ed canadian pharmacy - cialis viagra online prescription buy viagra from canada pharmacy www.canadianpharmacymeds.com
prednisone face swelling prednisone 10mg safe long term prednisone dosage how much is prednisone without insurance
side effects albuterol medication albuterol what is albuterol sulfate inhalation solution how much is an albuterol inhaler
strep throat azithromycin azithromycin tablets online without prescription usa zithromax 250 mg for chlamydia what is azithromycin 250mg used for
azithromycin online usa azithromycin australia price zithromax z pak buy online how can i get azithromycin
neurontin 800 gabapentin 600 mg coupon how much neurontin can i take how long before gabapentin takes effect
provigil coupon buying modafinil online legal modafinil (provigil) 200 mg tablet how to get prescription for modafinil
dapoxetine sildenafil priligy tablet price in india dapoxetine 30mg price in india which is better dapoxetine vs paroxetine 2019
diuretic lasix cost of lasix taking lasix and still swelling which condition commonly occurs in patients who are on long-term furosemide therapy?
prednisone gout prednisone 20mg tablets price how to relax on prednisone why do you take prednisone
priligy generic buy cheap dapoxetine online buy priligy online usa where to buy cheap 90 mg dapoxetine
expired amoxicillin amoxicillin 500mg capsules price amoxicillin liquid dosage can you get amoxil over the counter
prednisone allergic reaction prednisone cream prednisone side effects in cats how to take prednisone 20mg
  • #20
  • 30 ноября 2021 09:29
  • Автор: buy amoxil
neurontin impotence 50 mg gabapentin the generic name for neurontin is how much gabapentin can i give my cat
prednisone covid prednisone tablet cost how often can you take prednisone how to wean dog off prednisone
prednisone fever how much is prednisone 10mg does prednisone cause hair loss prednisone 10 mg how to take
metformin diarrhea pcos buying metformin online side effects of taking metformin how long to take metformin for pcos
prednisone and alcohol 200 mg prednisone daily can you take melatonin with prednisone what does prednisone do
  • #25
  • 13 декабря 2021 08:30
  • Автор: metformin 1
kaufen cialis cialis sans ordonnance paris prix d'une boite de cialis en pharmacie ou peut on acheter du cialis sans ordonnance
what is levitra side effects levitra online levitra 20mg full potency google levitra
  • #27
  • 19 декабря 2021 04:24
  • Автор: viagra
cialis ausprobieren cialis 20mg cialis kaufen ohne rezept welche dosis cialis
plaquenil and corona cost of plaquenil icd-10 i exam for plaquenil what are the side effects of taking plaquenil
viagra 100mg equivalent viagra pharmacie sans ordonnance ou acheter du viagra forum viagra comment en avoir
viagra shop viagra kamagra prezzo viagra in farmacia con ricetta quanto costa viagra in farmacia
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив