Новость из категории: Xəbərlər

Berlində Almaniya azərbaycanlıları ilə görüş olub




Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Berlin şəhərində Almaniya Azərbaycanlıları Alyansının (AAA) toplantısında iştirak edib.

Komitədən mediaya verilən məlumata görə, tədbiri giriş sözü ilə Alyansın İdarə Heyətinin sədri, Bakı-Nürnberq Cəmiyyətinin rəhbəri Yaşar Musayev açıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış ediblər.

Almaniyada Azərbaycan icmasının daim fəal olduğunu, yaxşı təşkilatlandığını xatırladan Komitə sədri Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq müxtəlif ölkələrdə Azərbaycan diasporunun quruculuğu istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ciddi uğurlar əldə edildiyini bildirib, fədakar fəaliyyətə görə Alyansın İdarə Heyətinin üzvlərinə təşəkkür edib.

Komitə rəsmisi həmvətənlərimizi diasporumuzun birliyi və həmrəyliyi baxımından böyük əhəmiyyət kəsb edən Azərbaycan Evlərinin fəaliyyətində yaxından iştirak etməyə dəvət edib.

Toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə, diaspor nümayəndələrinin Şuşa səfərinə həsr edilmiş videoçarxların nümayiş olunması, eləcə də Alyansın fəaliyyəti barədə hesabatın təqdimatı ilə davam edib.

Daha sonra Alyansın İdarə Heyətinə seçkilər olub və 13 nəfər İdarə Heyətinə üzv seçilib.

Tədbir qarşıdakı mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsinin aparılması və tövsiyələrin verilməsi ilə yekunlaşıb.скачать dle 11.3

Похожие новости

Комментарии

  • #271
  • 17 апреля 2024 20:02
  • Автор: RhettKich
  • #272
  • 19 апреля 2024 10:37
  • Автор: HaydenKich
  • #273
  • 21 апреля 2024 06:06
  • Автор: GavinKich
  • #274
  • 22 апреля 2024 08:11
  • Автор: JosueKich
  • #275
  • 22 апреля 2024 22:02
  • Автор: LeonardoKich
  • #276
  • 24 апреля 2024 20:43
  • Автор: DamonKich
  • #277
  • 26 апреля 2024 09:42
  • Автор: GarrettKich
  • #278
  • 28 апреля 2024 09:42
  • Автор: GreysonKich
  • #279
  • 30 апреля 2024 09:26
  • Автор: JosueKich
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив