Udo Ştaynbax: “Digər dinlərə qarşı tolerantlıq Azərbaycanın unikal özəlliyidir”
Udo Ştaynbax: “Digər dinlərə qarşı tolerantlıq Azərbaycanın unikal özəlliyidir”
“Azərbaycanda İslam bir çox digər müsəlman ölkələrindən, xüsusən də azərbaycanlıların əksəriyyətinin mənsub olduğu şiə təriqətinin hökmran olduğu qonşu İrandan fərqlənir”.
Bu sözləri Yaxın Şərq üzrə almaniyalı nüfuzlu ekspert, islamşünas professor Udo Ştaynbax deyib.
“Rusiya Cənubi Qafqazı (tarixi Azərbaycanın bəzi hissələri də daxil olmaqla) ilhaq etdikdən sonra Azərbaycan elitası çar imperatorluğunun modernləşdirilməsində iştirak edib, bu da hər şeydən əlavə dünyəviləşmə deməkdir. Azərbaycan xalqı (Rusiya İmperiyası daxilində) müsəlman dünyasının ən müasir üzvlərindən biri olub. Bu həm mədəni həyatda, həm də 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyasında öz əksini tapıb. Eyni zamanda, Rusiya və İranın azərbaycanlı elitaları və xalqları arasında əlaqələr güclü idi. Sonradan, 1920-ci ildə Sovet işğalından sonra dünyəviləşmə hətta zorla tətbiq olunmağa başladı və Azərbaycan cəmiyyəti yüksək dərəcədə sovetləşdirildi”, - alim xatırladıb.
U.Ştaynbax qeyd edib ki, bütün bu faktları Azərbaycanın din baxımından digər müsəlman cəmiyyətlərindən nə üçün fərqləndiyini qısaca izah etmək sadalayıb.
“Dünyəvilik və digər dinlərə qarşı tolerantlıq ölkənin xarici imicinin heyranedici özəlliyidir” deyən ekspert Azərbaycan rəhbərliyinin bu siyasəti davam etdirməli və uzaqgörən siyasi və sosial tədbirlər vasitəsilə ölkənin müasir müsəlman dünyasının digər bölgələrdən fərqli yer kimi cəlbediciliyini gücləndirməli olduğunu vurğulayıb.
Steinbach: Tolerance to other religions - striking feature of Azerbaijan
Islam in Azerbaijan is different from many other Muslim countries, especially in neighboring Iran, with whom the majority of Azerbaijanis share belonging to the Shia strand of Islam, Udo Steinbach, professor at the German University of Marburg, told.
"Since Russia annexed the Southern Caucasus (including parts of historic Azerbaijan), Azerbaijani elites took part in the process of modernization in the Czarist empire, which meant, among others, secularization. Azerbaijani nation (within the Russian Empire) was one of the most modern parts of the Muslim world. This was reflected in cultural life as well in the constitution of the first Azerbaijani Republic since 1918. At the same time, the relationship between (Russian) Azerbaijani and Iranian Azerbaijani elites (and people) were strong. Later on, after Soviet occupation since 1920, secularization was further imposed even by force, and Azerbaijani society became sovietized to a high degree," he noted.
All these facts have been mentioned to explain in a nutshell why, in terms of religion, Azerbaijan is different from other Muslim societies, Steinbach added.
"Secularism and tolerance vis à vis other religions are striking features in the appearance of the country. The Azerbaijani leadership wisely should take this into consideration and underpin through far-sighted political and social measures the attractiveness of the country as a place so different from other parts of the contemporary Muslim world," the expert said.
Штайнбах: Толерантность по отношению к другим религиям - поразительная черта Азербайджана
"Ислам в Азербайджане отличается от многих других мусульманских стран, особенно в соседнем Иране, с которым большинство азербайджанцев разделяет принадлежность к шиитскому течению ислама".
Об этом заявил авторитетный немецкий эксперт по Ближнему Востоку, профессор-исламовед Удо Штайнбах.
"После того как Россия аннексировала Южный Кавказ (включая части исторического Азербайджана), азербайджанские элиты приняли участие в процессе модернизации Царской империи, что означало, среди прочего, секуляризацию. Азербайджанский народ (в составе Российской империи) был одной из самых современных частей мусульманского мира. Это нашло отражение в культурной жизни, а также в конституции Азербайджанской Демократической Республики 1918 года. В то же время связи между российскими и иранскими азербайджанскими элитами и народами были сильными. Позже, после советской оккупации 1920 года, секуляризация была навязана даже силой, и азербайджанское общество стало в высокой степени советизированным", - напомнил ученый.
У. Штайнбах отметил, что все эти факты были упомянуты, чтобы вкратце объяснить, почему с точки зрения религии Азербайджан отличается от других мусульманских обществ.
"Секуляризм и толерантность по отношению к другим религиям - поразительные черты внешнего образа страны", - заявил эксперт, отметив при этом, что руководству Азербайджана следует продолжать эту политику и укреплять "дальновидными политическими и социальными мерами привлекательность страны как места, столь непохожего на другие части современного мусульманского мира".
Report