Новость из категории: Xəbərlər

Alman iş adamları Azərbaycanın nəqliyyat potensialı barədə məlumatlandırılıb


“ADY Express” MMC-də Bakıda keçirilən Almaniya-Azərbaycan biznes forumunda iştirak edən alman iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkəmizin tranzit potensialı və yeni layihələr haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. Həmçinin Avropa ilə Asiya arasında yüklərin nəql edilməsində Azərbaycandakı dəmir yollarının rolu və buradan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlükləri haqqında danışılıb.

Eyni zamanda, ölkəmizdə və regionda həyata keçirilən iri infrastruktur layihələri barədə alman iş adamlarına məlumat verən “ADY Express” təmsilçiləri həmin layihələr hesabına Avropa-Asiya yükdaşımalar sistemində yaranan yeni imkanlar haqqında söhbət açıblar. Bakı-Tbilisi-Qars, Astara-Astara dəmir yolları layihələri, “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri haqqında biznes dairələrinin təmsilçilərinə məlumatlar verən “ADY Express” MMC-nin nümayəndələri alman şirkətlərini yaradılan imkanlardan yararlanmağa dəvət ediblər.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1
  • 24 мая 2022 10:54
  • Автор: majorsite
I feel like I've come all the way here, but I don't regret the moment I came back. I've learned a lot of knowledge. I'm so happy to know useful information메이저사이트
  • #2
  • 2 февраля 2024 12:47
  • Автор: jsimitseo
Benefit as much as possible from primarily premium substances - you will discover him or her for:  concierge doctor naples
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив