Bundeskanzlerin Angela Merkel telefoniert mit Präsident Ilham Aliyev

Die Bundeskanzlerin, Angela Merkel, hat am Dienstag, dem 29. September mit dem Präsidenten der Republik Aserbaidschan, Ilham Aliyev, telefoniert. Das geht aus einer Mitteilung des Pressedienstes des Präsidenten hervor.
///
Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.
Dövlət başçısı qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.
Dövlət başçısı bildirib ki, bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunların nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dalıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlət başçısı, eyni zamanda, bildirib ki, Ermənistanın müdafiə naziri yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyib və bu plan reallıqda həyata keçirilir.
Dövlət başçısı vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.
Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, hərbi cinayət sayılır.
Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.
////
29 сентября канцлер Германии Ангела Меркель позвонила президенту Азербайджанской Республики Ильхаму Алиеву.
Информацию распространила пресс-служба президента Азербайджана.
Ангела Меркель выразила обеспокоенность своей страны вооруженным противостоянием на армяно-азербайджанской линии соприкосновения и поинтересовалась ходом событий.
Глава государства отметил, что утром 27 сентября Армения совершила военную провокацию против Азербайджана и в результате обстрела из тяжелых артиллерийских установок наших воинских соединений, городов и сел вдоль линии соприкосновения в течение двух дней погибли наши военнослужащие, 10 мирных жителей, в том числе двое детей, были ранены 29 гражданских лиц, разрушено 150 домов. Азербайджанская сторона начала контрнаступательную операцию.
Глава государства сообщил, что и ранее – в июле-августе Армения совершила против нашей страны военные провокации, в результате которых погибли военнослужащие и мирные жители. Президент Ильхам Алиев подчеркнул, что эти провокации являются продолжением агрессивной политики Армении против Азербайджана.
Президент Азербайджана подчеркнул, что заявление премьер-министра Армении "Карабах – это Армения, и точка" делает переговорный процесс бессмысленным, а требование руководства Армении от Азербайджана вести переговоры с самопровозглашенной "Нагорно-Карабахской республикой" следует расценивать как попытку изменить формат переговоров. Глава государства также сказал, что министр обороны Армении пригрозил Азербайджану новой войной за новые земли, и этот план реализуется на практике.
Глава государства подчеркнул, что ответственность за дальнейшее развитие событий, связанных с военной провокацией Армении, ложится на политическое и военное руководство Армении, азербайджанская армия сражается на своей земле, и армянская армия не должна находиться на азербайджанской земле.
Президент Ильхам Алиев добавил, что Армения проводит незаконное заселение иностранных граждан на оккупированных территориях Азербайджана, что, согласно Женевской конвенции, является серьезным нарушением международного права, и это – военное преступление.
В ходе беседы были обсуждены возможности восстановления режима прекращения огня и переговорного процесса.