Новость из категории: Xəbərlər

Almaniyada ölənlərin sayı 130 keçib, XİN və İlham Əliyev Almaniyaya başsağlığı verib






Almaniyada ölənlərin sayı 133 nəfərə yüksəlib

Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 133 nəfərə yüksəlib.

Məlumatı “Bild” qəzeti yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində Reynland-Pfals torpağında azı 90 nəfər, Şimali Reyn-Vestfaliyada isə 43 nəfər ölüb.

Bildirilib ki, xəsarət alanların axtarışı üçün bölgəyə 850 hərbçi göndərilib.

Məlumata görə, 1 300-ə yaxın sakin itkin düşüb.

Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.

Xatırladaq ki, daşqın yalnız Almaniyada deyil, Belçika və Niderlandda da baş verib.


Almaniyada Reyn çayına görə əhali evakuasiya edilir


Almaniyada aramsız yağış çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.

 Reyn çayının keçdiyi Şimali Reyn Vestfaliya əyalətininin Köln, Düsseldrof kimi böyük şəhərlərində çay sahilinə yaxın yerləşən evlərdə yaşayan sakinlər bu gün səhər saatlarında ərazidən evakuasiya edilməyə başlayıblar.

Onlar şəhərin müxtəlif ərazilərində qurulan və Almaniya Qırmızı Xaç Cəmiyyətinə aid müvəqqəti düşərgələrə yerləşdiriləcəklər.

Köln və Düsseldorf şəhər bələdiyyəsindən bildirilib ki, bu gün və sabah çayda suyun səviyyəsinin 8 metri keçəcəyi gözlənilir.

“Əhaliyə müraciət etmişik. Hər kəs təcili evini tərk edib, göstərilən ünvanlardakı düşərgələrə gəlməlidir. Suyun səviyyəsi qalxandan sonra evakuasiya işləri çətinləşəcək. Bu daha çox xilasedici, daha çox texnikanın ərazilərə cəlb olunması deməkdir” - deyə, Köln bələdiyyəsindən bildirilib.

Reyn çayında suyun səviyyəsinin qalxması nəqliyyatın hərəkətini də iflic edib. Köln-Koblenz şəhərləri arasındakı dəmir yollarının su altında qalması bu istiqamətdə olan səfərlərin təxirə salınması ilə nəticələnib. Almaniya Dəmir Yollarından bildirilib ki, mövcud vəziyyətlə əlaqədər xəttə alternativ olaraq avtobuslar çıxarılıb.

Bunu live.az reporta istinadla xəbər verir.

Reyn çayı ilə hərəkət edən yük gəmilərinin hərəkəti də selin ətirdiyi ağac kötükləri səbəbindən çətinləşib.

Məlumat üçün bildirək ki, Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 80 nəfərə yüksəlib. 1300 nəfər barəsində polisə itkin düşdüyü məlumatı verilib.

Hazıda bəzi ərzilərdə havanın yağıntısız olması səbəbindən dəymiş ziyanın hesablanması üçün əyalət baş nazirliyinə tabe olan qurumların əməkdaşları araşdırmalar aparırlar.

Merkel təbii fəlakət zonasına səfər edəcək

Almaniya kansleri Angela Merkel seldən daha çox zərər çəkmiş Reynland-Pfals federal ərazisinə səfər etməyi planlaşdırır.

LIVE.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Bild am Sonntag" qəzeti məlumat yayıb.

Bildirilib ki, hökumət başçısı təbii fəlakətin daha çox zərər vurduğu Şuld kommunasına baş çəkəcək. Səfər zamanı Merkeli Reynland-Pfals federal ərazisinin baş naziri Malu Drayer müşayiət edəcək.


İlham Əliyev Almaniya Prezidentinə başsağlığı verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

XİN Almaniya və Belçikaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya və Belçikada təbii fəlakət nəticəsində baş verən insan tələfatı ilə bağlı başsağlığı verib.

Bu barədə nazirliyin “Twitter” səhifəsində qeyd olunub.

“Qərbi Avropada havaların kəskinləşməsi nəticəsində üz verən dağıntılar bizi narahat edir. Almaniya və Belçikadakı daşqın qurbanlarının yaxınlarına başsağlığı veririk. Bu leysan yağışlarının dağıdıcı fəsadlarına qarşı mübarizədə Almaniyanın və Belçikanın yanındayıq”, - məlumatda vurğulanıb.



скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1
  • 11 августа 2021 13:38
  • Автор: Irley
Xəstələnməmək üçün yaxşı və isti geyinmək lazımdır, uşaqların xarici geyimlərini tövsiyə edirəm https://odjagajko.ua/. Ukrayna markası mallarını bütün dünyada satır.
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив