Новость из категории: Xəbərlər

Tobias Baumann: "Almaniya Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün təcrübəsini təqdim etməyə hazırdır"



Tobias Baumann: "Almaniya Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün təcrübəsini təqdim etməyə hazırdır"


Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Tobias Baumannın “Report” agentliyinə müsahibəsi:

- Alman-Azərbaycan Xarici Ticarət Palatası Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələri necə dəstəkləyir?

- Alman-Azərbaycan Xarici Ticarət Palatası Almaniya iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəsidir. “AHK Azərbaycan” 2012-ci ildən bəri şirkətlərə bazarın araşdırılması və təhlili, müxtəlif biznes xidmətləri və məlumat dəstəyi təqdim edir. Bu, üzvlük əsasında çalışan təşkilatdır. Üzvlərimiz arasında həm Azərbaycanda fəaliyyəti olan Alman şirkətləri, həm də Almaniya və Almaniya şirkətləri ilə əməkdaşlıqla maraqlanan Azərbaycan şirkətləri var. Palata bazar və müştəri yönümlü xidmətlər vasitəsilə Almaniya və Azərbaycan şirkətlərinin bazar maraqlarını dəstəkləyir və geniş çeşidli xidmətlər təklif edir: bazara çıxış və əməkdaşlıq üzrə tərəfdaşlar cəlb etməkdən tutmuş yerli işgüzar iştirakın təşkil olunmasına, həmçinin dövlət və özəl sektor arasında dialoq üçün məhsuldar platformaların yaradılmasına qədər. İştirakçılar həmçinin şəbəkə və işgüzar tədbirlərdən, B2B görüşlərdən, məlumat turlarından və heyət səfərlərindən faydalanırlar.


- Azərbaycanda hansı Almaniya şirkətləri var və hansı Azərbaycan şirkətləri orada fəaliyyət göstərir? Almaniya şirkətləri AHK vasitəsilə Azərbaycanda əsasən hansı sektorlarda təmsil olunur?

- Azərbaycan Cənubi Qafqaz regionunda Almaniyanın əsas ticarət tərəfdaşıdır. Almaniya ilə region arasındakı ümumi ticarət dövriyyəsinin 65%-i məhz Azərbaycanın payına düşür. Üstəlik, Azərbaycan Almaniyaya xam neft tədarükünün həcminə görə 9-cudur. Almaniya şirkətləri də öz növbəsində Azərbaycan bazarında ən yaxşı keyfiyyətin tərəfdarlarıdır. Avtomobil və avtomobil hissələri, maşın və avadanlıqlar, kimyəvi maddələr və dərmanlar Azərbaycanın Almaniyadan idxal etdiyi malların ən böyük qrupu olaraq qalır. Aydın məsələdir ki, pandemiya son iki ildə ticarətin həcminə də böyük təsir göstərib. Buna baxmayaraq, Almaniya Azərbaycanın 5-ci ən böyük ticarət tərəfdaşı olaraq qalır.

Üzvlərimiz arasında müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlər var: maşınqayırma, logistika və nəqliyyat, konsaltinq, injinirinq və inşaat, eləcə də kimya və əczaçılıq sektoru. Bir çox tanınmış Almaniya brendlərinin Azərbaycanda nümayəndəlikləri/filialları var. Əslində burada dominant olduğumuz sektor yoxdur, bu səbəbdən də də üzvlərin tərkibi nisbətən qarışıqdır və bu, bizə Almaniya şirkətlərinin müxtəlifliyi haqqında fikir verir.


- Almaniya şirkətləri Qarabağın bərpasına sərmayə qoymağa hazırdırmı? Bu şirkətlərin hansı təcrübəsi bu məsələdə faydalı ola bilər və Azərbaycan tərəfi ilə hansısa danışıqlar aparılırmı?

- Hər şeydən əvvəl, infrastrukturun bərpasına və enerji keçidinə yönəlmiş bu əsaslı bərpa planları hökumət üçün maliyyələşdirmədə böyük xərclərlə nəticələnir və beləliklə beynəlxalq investisiyaların axınına ehtiyac yaranır. Ərazilərin azad edilməsindən əvvəl və sonra çəkilən fotoşəkilləri müqayisə etdikdə məlum olur ki, Qarabağda heç nə qalmayıb. Aydın olur ki, bütün infrastruktur sıfırdan yenidən qurulmalıdır. Almaniya şirkətləri Azərbaycanın bu regionun layihələndirilməsi, bərpası və yenidən qurulması kimi əhəmiyyətli işin bir hissəsi olmaqda maraqlı olduqlarını bildirirlər. Bunun yüksək texnologiyalar, müasir və davamlı iqtisadi həllər tələb edən perspektivli və uzunmüddətli layihə olduğunu nəzərə alaraq, Almaniya Qarabağ və Şərqi Zangezur iqtisadi regionlarının bərpası üçün burada yaxşı təcrübə təklif edə bilər.

Hazırda işğaldan azad edilmiş torpaqlarda əməkdaşlıqla bağlı fəal danışıqlar aparılmır, lakin görürük ki, artıq bir neçə layihə həyata keçirilir. Bilirik ki, Qarabağda həyata keçirilən layihələrdə artıq İsrail, Türkiyə, İtaliya və digər beynəlxalq şirkətlər iştirak edirlər. AHK üzvü olan şirkətlər də infrastrukturun, yolların və hava limanlarının hal-hazırda davam edən tikintisində iştirak edirlər və biz qarşıdakı layihələrdə iştirak etmək məqsədilə əlavə imkanlar əldə etmək üçün artıq müvafiq qurumlar və təşkilatlarla əlaqə qurmuşuq.


- AZPROMO və Azərbaycan İqtisadiyyat Nazirliyi ilə yeni birgə layihələr gözləyə bilərikmi?

- Biz hər zaman dialoqdayıq və fürsət düşəndə ​​AZPROMO ilə birlikdə çalışmaqdan həmişə məmnunuq. Almaniyadan gələn və ya Almaniyaya gedən nümayəndə heyətlərinin səfərlərini təşkil etmək mövzusunda onlarla yaxşı əlaqələrimiz var. Belə hallarda, əlbəttə ki, nümayəndə heyətlərinin bu səfərləri üçün mümkün iştirakçıları tövsiyə etmək məsələsində tərəfdaş kimi AZPROMO-ya güvənirik. Onlarla həmçinin Azərbaycan şirkətlərini beynəlxalq həmkarları ilə təşkil olunan B2B görüşlərinə cəlb etmək üçün də əməkdaşlıq edirik.

“AHK Impuls” (AHK üzvləri üçün dialoq formatı) tədbirlərindən birində artıq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul etmişik; o, üzvlərimiz tərəfindən qaldırılan çətin məsələlərə və mövzulara həll yollarının tapılması məsələsində çox açıq idi və buna görə ona təşəkkür edirik. Eyni zamanda, Cənab Naziri “AHK Biznes Mühiti Sorğusu”nun təqdimatında ikinci dəfə görməkdən də məmnun olduq. Nazirin keçən həftə keçirilmiş tədbirdəki çıxışı zamanı da qeyd etdiyi kimi, bu, qoruyub və təşviq etməyə çalışdığımız yaxşı ənənədir.


- “Azərbaycanda Xarici Biznes” hesabatı “AHK Azərbaycan”ın illik müstəqil nəşridir. Onun ən əhəmiyyətli faydaları nədir?

- Hesabatın keyfiyyətinin unikal olduğunu düşünürəm. Bildiyimə görə, bu, Azərbaycanda işgüzar və investisiya mühiti ilə bağlı xarici şirkətlərin fikirlərini əks etdirən ölkədəki hələ ki yeganə nəşrdir. Çox dərin, hərətərfli təhlillər edirik və hesabat təfərrüatlı olur. Bundan əlavə, anonim şəkildə aparılan və güvəni artıran bəzi fərdi üzbəüz müsahibələr aparırıq. Bu mənada beynəlxalq ictimaiyyətlə belə etimadın yaradılması üzrə çox böyük işlər görmüşük.

Ümumiyyətlə, bu hesabatın hökumətin müvafiq nümayəndələrinin ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər barədə ilk mənbədən məlumat alması və bu mövzuda dövlət sektoru ilə özəl sektor arasında dialoq üçün əsas yaradılması baxımından əla vasitə olduğunu hesab edirik. Fürsətdən istifadə edərək, bu hesabatın Azərbaycanda xarici biznesin dinamikasını qiymətləndirmək üçün vacib vasitə olaraq qalmasını təmin etməkdə dəyərli töhfələr verən bütün sahibkarlara və ekspertlərə təşəkkür etmək istəyirəm. Hesabatı saytımızdan (www.ahk-baku.de) pulsuz yükləmək olar.

AHK Azerbaijan: Германия готова предложить свой опыт для восстановления Карабаха и Восточного Зангезура


Интервью Report с исполнительным директором AHK Azerbaijan Тобиасом Бауманном:

-Как AHK Azerbaijan (Германо-Азербайджанская торговая палата) поддерживает экономические отношения между Азербайджаном и Германией?

-Германо-Азербайджанская торговая палата является официальным представителем немецкой экономики в Азербайджане. AHK Azerbaijan предоставляет информацию, бизнес-услуги и поддержку компаниям в их исследованиях рынка и бизнеса с 2012 года. Это членская организация: среди наших членов есть как германские компании, которые активно работают в Азербайджане, так и азербайджанские компании, которые заинтересованы в Германии или в партнерстве с германскими компаниями. Палата поддерживает рыночные интересы германских и азербайджанских компаний с помощью рыночных и клиентоориентированных услуг и предлагает широкий спектр услуг: от консультаций по выходу на рынок и привлечению партнеров по сотрудничеству до организации местного бизнес-присутствия, а также создания продуктивных платформ для диалога между государственным и частным секторами. Участники также получают выгоду от сетевых и деловых мероприятий, а также от встреч B2B, учебных поездок и поездок делегаций.


- Какие германские компании присутствуют в Азербайджане и какие азербайджанские - в Германии? И в каких секторах германские компании в основном представлены в Азербайджане через AHK?

-Азербайджан является основным торговым партнером Германии в регионе Южного Кавказа, на долю которого приходится 65% в общем товарообороте между Германией и регионом. Более того, это 9-й по величине поставщик сырой нефти в страну. Немецкие компании, в свою очередь, выступают за лучшее качество на азербайджанском рынке. Автомобили и автозапчасти, машины и оборудование, химикаты и фармацевтические препараты остаются крупнейшей группой импортируемых товаров из Германии в Азербайджан. Понятно, что пандемия оказала огромное влияние и на объем товарооборота за последние два года. Тем не менее Германия остается 5-м по величине торговым партнером Азербайджана.

Среди наших членов есть компании, работающие в различных секторах: машиностроение, логистика и транспорт, консалтинг, инжиниринг и строительство, а также химический и фармацевтический сектор. Многие известные немецкие бренды имеют представительства/филиалы в Азербайджане. На самом деле у нас здесь нет ни одного доминирующего сектора, поэтому состав участников довольно смешанный, и это дает нам представление о разнообразии германских компаний.


- Готовы ли германские компании инвестировать в восстановление Карабаха? Какой опыт этих компаний может быть полезен в этом вопросе, и ведутся ли уже какие-либо переговоры с азербайджанской стороной?

-Прежде всего, для правительства эти фундаментальные планы восстановления и инвестиций, ориентированные на инфраструктуру и энергетический переход, приводят к огромным расходам на финансирование проектов, что имеет значительные последствия для потока международных инвестиций. Сравнивая фотографии до и после освобождения территорий, становится ясно, что в Карабахе ничего не осталось. Понятно, что после освобождения вся инфраструктура должна быть восстановлена с нуля. Германские компании выражают заинтересованность в том, чтобы быть частью этой огромной задачи Азербайджана по проектированию, восстановлению и созданию этого региона. Учитывая, что это перспективный и долгосрочный проект, требующий высоких технологий, современных и устойчивых экономических решений, Германия может предложить здесь хороший опыт для восстановления экономического региона Карабаха и Восточного Зангезура.


На данный момент активных переговоров о сотрудничестве на освобожденных землях не ведется, но мы видим, что несколько проектов уже реализуются. Мы знаем, что в Карабахе уже есть израильские, турецкие, итальянские и другие международные компании, участвующие в проектах. Компании - члены AHK также участвуют в текущем строительстве инфраструктуры, дорог и аэропортов, и мы уже установили контакты с соответствующими органами и организациями для получения дополнительных возможностей для участия в предстоящих проектах.

- Можем ли мы ожидать каких-либо новых совместных проектов с AZPROMO и Министерством экономики Азербайджана?

- Мы всегда находимся в диалоге, и когда появляется возможность, мы всегда рады работать вместе с AZPROMO. У нас с ними хорошо налаженные контакты, когда речь заходит об организации визитов делегаций из/в Германию. В таких случаях, конечно, мы полагаемся на AZPROMO в качестве партнера, чтобы рекомендовать возможных участников для этих поездок делегаций. Мы также сотрудничаем с ними, чтобы привлечь азербайджанские компании к встречам B2B, организованным с их международными коллегами.

Мы уже принимали министра экономики Микаила Джаббарова на одном из наших мероприятий “AHK Impuls” (формат диалога для членов AHK); он был очень открыт для вопросов и поиска решений по сложным вопросам и темам, поднятым нашими членами, за что мы очень благодарны. И, конечно, мы были рады видеть его дважды на презентации Исследования делового климата AHK. Как он также упомянул во время своего выступления на мероприятии на прошлой неделе, это хорошая традиция, которую мы стремимся лелеять и продвигать вместе, продвигаясь вперед.


- Отчет "Иностранный бизнес в Азербайджане" является самостоятельной ежегодной публикацией AHK Azerbaijan. Какие наиболее важные преимущества он дает?

- Я считаю, что качество отчета уникально. Насколько мне известно, это пока единственная публикация в стране, отражающая представления иностранных компаний о деловом и инвестиционном климате в Азербайджане. Мы проводим очень глубокий анализ, обладаем интеграцией ответов, а также, на мой взгляд, очень хорошо структурированным дизайном. Кроме того, мы проводим некоторые личные собеседования, которые проходят анонимно, что способствует укреплению доверия. В этом смысле мы проделали огромную работу по установлению такого доверия с международным сообществом.

В целом, мы считаем, что этот отчет является отличным инструментом для ознакомления соответствующих представителей правительства с отзывами международных компаний, работающих в стране, из первых рук и создания основы для диалога между государственным и частным секторами по данному вопросу. Я хотел бы воспользоваться этой возможностью, чтобы поблагодарить все предприятия и экспертов, которые внесли ценный вклад в обеспечение того, чтобы этот отчет оставался важным инструментом оценки динамики деятельности иностранного бизнеса в Азербайджане. Отчет можно скачать бесплатно на нашем сайте www.ahk-baku.de .


AHK Azerbaijan: Germany has good expertise to offer to rebuild Karabakh and Eastern Zangezur economic region


Report presents an interview with Executive Director of AHK Azerbaijan (German-Azerbaijani Chamber of Commerce) Tobias Baumann:

How does AHK Azerbaijan (German-Azerbaijani Chamber of Commerce) maintain the economic relationship between Azerbaijan and Germany?

The German-Azerbaijani Chamber of Commerce is the official representative of the German economy in Azerbaijan. AHK Azerbaijan provides information, business services, and support to companies in their market and business research since 2012. It is a membership organization: among our members, we have both German companies which are active in Azerbaijan and Azerbaijani companies that have an interest in Germany or in partnering with German companies. The Chamber supports the market interests of German and Azerbaijani companies with the market and customer-oriented services and offers a range of services from consulting on market entry and the procurement of cooperation partners to the organization of local business presence, as well as establishing productive public-private dialogue platforms. The members also benefit from networking and business events, as well as from B2B meetings, study visits, and delegation trips.


Which type of German companies are present in Azerbaijan and, vice versa, Azerbaijani companies in Germany? And, in which sectors are German companies mainly represented in Azerbaijan through AHK?

Azerbaijan is Germany’s main trade partner in the South Caucasus region, with a share of 65 percent in the overall trade turnover between Germany and the region. Moreover, it is the 9th largest supplier of crude oil to the country. German companies, in turn, stand for the best quality in the Azerbaijani market. The auto and auto parts, machinery and equipment, chemicals, and pharmaceuticals remain the largest group of imported goods from Germany to Azerbaijan. Understandably, the pandemic had a huge impact also on the volume of trade turnover over the past two years. Still, Germany remains the 5th largest trade partner for Azerbaijan.

Among our members, we have companies operating in different sectors: machinery, logistics and transport, consultancy, engineering and construction, and also the chemicals and pharmaceutical sector. Many well-known German brands have representative/branch offices in Azerbaijan. In fact, we do not have a single dominating sector here, so the membership is quite mixed, and that gives us a picture of the diversity of German companies.


As far as you know, German companies are willing to invest in the restoration of Karabakh? What kind of expertise of German companies can be useful for the restoration, and are there any negotiations on this already happening with the Azerbaijani side?

First of all, for the government, these fundamental restoration and investment plans focusing on infrastructure and energy transition generate huge project finance outlays, with significant implications for the flow of international investment. By comparing the pictures from before 30 years and after the liberation, it is clear that in Karabakh, there is nothing left. It is clear that after the liberation all the infrastructure has to be reinstalled from the scratches. German companies express their interest in being a part of this enormous task of Azerbaijan to project, rebuild, and set up this region. Considering that it is a promising project with long-term perspectives demanding high technology, and modern and sustainable economic solutions, Germany has good expertise to offer here to rebuild the Karabakh and Eastern Zangezur economic region.

At the moment, there is no active negotiation going on about the cooperation in the liberated lands, but we see that several projects are already underway. We know that in Karabakh, there are already Israeli, Turkish, Italian, and other international companies involved in the projects. AHK member companies are also involved in the ongoing infrastructure, road and airport constructions and we have already established contacts with relevant authorities and bodies for further opportunities to engage in the upcoming projects.


Can we expect any new joint projects with AZPROMO and the Azerbaijani Ministry of Economy?

We are always in dialogue, and when an opportunity emerges, we are always glad to work together with AZPROMO. We have well-established contacts with them when it comes to the organization of the delegation visits from/to Germany. In such cases, of course, we rely on AZPROMO as a partner to recommend possible participants for these delegation trips. We are also partnering up with them to attract Azerbaijani companies to the B2B meetings organized with their international peers.

We already hosted the Minister of Economy, Mikayil Jabbarov at one of our “AHK Impuls” events (dialogue format for the AHK members); he was very open to questions and to finding solutions for difficult issues and topics raised by our members, for which we are very grateful. And of course, we were glad to have him two times for the presentation of the AHK Business Climate Survey. As he also mentioned during his speech at the event last week, this is a good tradition that we aim to cherish and to promote together moving forward.


The "AHK Foreign Business in Azerbaijan Report" is a stand-alone annual publication of AHK Azerbaijan. What makes this report unique, and what are the most important advantages that it brings?

I believe the quality of the report is unique. To the best of my knowledge, it is so far the only publication in the country reflecting upon the perceptions of foreign businesses about the business and investment climate in Azerbaijan. We have a very profound analysis and interpretation of responses and to my mind also a very well structured design. In addition, we conduct some in-person interviews, which take place anonymously; this means it affords building trust, which has to be built up over the years. We did a great job in establishing this trust with the international community in this sense.

All in all, we think that this Report is a great tool introducing the first-hand feedback of international companies operating in the country to the relevant government representatives and setting the groundwork for public-private dialogue on the subject matter. I would like to take advantage of this opportunity to thank all businesses and experts who made valuable contributions to ensure this report remains a significant tool in assessing dynamics in the operation of foreign businesses in Azerbaijan. The report can be downloaded for free on our website www.ahk-baku.de.

скачать dle 11.3

Похожие новости

Комментарии

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив