Новость из категории: Xəbərlər

Gəncə ŞİH-də Almaniya səfiri ilə görüş olub






Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Gəncəyə səfər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Niyazi Bayramov bildirib ki, Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixən elm və mədəniyyət mərkəzi olan Gəncədə son illərdə sənaye sahəsi də inkişaf etməkdədir. Burada bir sıra ali və orta ixtisas məktəbləri fəaliyyət göstərir. Gəncədə olan tarixi abidələr, muzeylər, park və xiyabanlar şəhərə gələn qonaqların zövqünü oxşayır.

Şəhər rəhbəri Gəncədə alman izlərinə də rast gəlindiyini qonağın nəzərinə çatdırıb. O qeyd edib ki, 1886-cı ildə alman sahibkarı Xristofor Förer tərəfindən şərab anbarı üçün tikilən binada sonradan rekonstruksiya işləri həyata keçirilərək Gəncə Dövlət Dram Teatrının istifadəsinə verilib. Bununla yanaşı, 1901-ci ildə Cavad xan küçəsində “Zingerin evi” kimi tanınan bina, o cümlədən 1915-ci ildə, hazırda Ə.Cəmil küçəsində yerləşən Gəncə Dövlət Kukla Teatrının yerləşdiyi bina məhz almanlar tərəfindən inşa edildiyini bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann iki ölkə arasında tarixi əlaqələrdən söz açıb, Azərbaycanda alman mədəni irsinin qorunub saxlandığını, bunun da mövcud dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyib. O, dahi şair Nizami Gəncəvinin məqbərəsini, o cümlədən Cavad xan türbəsini, Gəncə Dövlət Filarmoniyasını ziyarət etdiyini bildirib. Həmçinin, diplomat Azərbaycan şairi və mütəfəkkir Mirzə Şəfi Vazeh yaradıcılığının Almaniyada geniş təbliğ olunduğunu vurğulayıb və onun muzeyi ilə yaxından tanış olmaq istədiyini söyləyib.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.









скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1
  • 16 марта 2023 08:48
  • Автор: fefwe
I have nothing to thank for this post...It was the most helpful writing for me now. This is an easy and interesting piece of writing that anyone can understand Thank you so much for posting such a comment. By: https://casin4.com
  • #2
  • 28 марта 2023 06:27
  • Автор: lalala
Al giorno d'oggi, le persone chiedono qualcosa di buono, alla moda e alla moda. orologi replica Che si tratti di vestiti o accessori alla moda che oggi significano molto per la cultura contemporanea. rolex replica Simile è il caso con orologi alla moda e di grande effetto. Quando questi sono orologi svizzeri, imitazione Rolex la stimolazione diventa semplicemente doppia. Pertanto,orologi replica sono in tendenza al momento Questi sono uno degli accessori di moda preferiti da uomini breitling replica da molto tempo. replica Se non hai comprato orologi replica al momento,orologi replica di lusso puoi comprarne uno per un test.
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив