Новость из категории: Xəbərlər

Almaniya səfiri və Dövlət Komitəsinin sədri Şuşada olub







Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər ediblər.

Dövlət Komitəsindən mediaya verilən məlumata görə, səfər zamanı qonağı Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimov müşaiyət edib.

Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında qonağa ətraflı məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu siyasətin aparılmasında mühüm xidmətləri qeyd edilib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistanın işğalına son qoyduğu, məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan yarandığı, dövlətimizin başçısının tapşırıqları əsasında, onların könüllü, ləyaqətli və təhlükəsiz qayıdışının təmin olunması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Səfir Maniq bütün köçkünlərin geri qayıtmasının regionun bütün sakinləri üçün dinc və səmərəli birgə yaşayışa qapı açacağına ümid etdiyini bildirib.

Səfər zamanı Şuşa və onun tarixi haqqında almaniyalı səfirə ətraflı məlumat verilib. Qeyd edilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. İşğaldan azad edildikdən sonra Şuşada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Bildirilib ki, infrastrukturun yenidən qurulması ilə yanaşı, şəhərin tarixi siması və mədəniyyət abidələri də bərpa olunur. Etnik alman olan, Şuşa şəhərindən məcburi köçkün İrma Veberin dərs dediyi 1 nömrəli məktəbdə həyata keçirilən yenidənqurma ilə də tanış olub.

Dövlət Komitəsinin sədri almaniyalı alim Mixael Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabını səfirə hədiyyə edib. Səfir kitabda Şuşa ilə Almaniyanın Vaymar şəhəri arasındakı mədəni oxşarlıq barədə söylənilən fikrə diqqət yetirib, Şuşa ilə Vaymar arasında əlaqələrin qurulmasına dəstək verəcəyini vəd edib.

Volfqanq Maniq Azərbaycanın tanınmış şəxsiyyətləri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərinin qoyulduğu mərkəzi meydana gedib. Qonaq sonra Şuşa şəhərində Xurşidbanu Natəvanın evi, Xan qızı bağı, Xan qızı bulağı, Xan sarayı, Üzeyir Hacıbəylinin heykəli və evi olan ərazilərdə, həmçinin Yuxarı Gövhərağa məscidi və Qazançı kilsəsi ilə tanış olub.

Səfir Şuşaya səfərin təşkilinə görə təşəkkür bildirib, şəhəri, Cıdır düzünü çox bəyəndiyini qeyd edib, imkan yarananda, yenidən buraya səfər edəcəyini deyib.


///

German ambassador to Azerbaijan visits Shusha


 Chairman of the State Committee for Refugees and Internally Displaced Persons, Rovshan Rzayev, and Ambassador Extraordinary and Plenipotentiary of the Federal Republic of Germany to Azerbaijan, Wolfgang Manig, have visited Shusha, the cultural capital of Azerbaijan.

According to the State Committee for Refugees and Internally Displaced Persons, Shusha's special envoy Aydin Karimov accompanied the guest during the visit.

The guest was informed in detail about the state policy in work with refugees and IDPs. The critical services of First Vice President Mehriban Aliyeva in implementing this policy were especially stressed.

It was noted that Azerbaijan ended the Armenian occupation during the 44-day war, the IDPs were allowed to return to their homes, and necessary measures were taken to ensure their voluntary, dignified and safe return on the instructions of the president. Ambassador Manig expressed hope that the return of all IDPs would open the door to peaceful and productive coexistence for all residents of the region.

During the visit, the German ambassador was informed in detail about Shusha and its history. It was noted that historical buildings, mosques and monuments in Shusha were subjected to Armenian vandalism during the occupation for about 30 years. After the liberation, large-scale reconstruction work began in Shusha. It was noted that along with the reconstruction of infrastructure, the city's historical image and cultural monuments are being restored. The German envoy also got acquainted with the reconstruction of school No. 1, where Irma Weber, an ethnic German from Shusha, worked as a teacher.

The chairman of the State Committee presented a book by German scientist Michael Hessink "The legacy of Shusha. History and way of development of the cultural capital of Azerbaijan" to the ambassador. The ambassador noted the cultural similarities between Shusha and the German city of Weimar in the book and promised to support the establishment of relations between Shusha and Weimar.

Wolfgang Manig visited the central square where the statues of famous Azerbaijani public figures - Natavan, Bulbul and Uzeyir Hajibeyli were placed. The guest then got acquainted with the house of Khurshidbanu Natavan, Khan gizi garden, Khan gizi spring, Khan palace, Uzeyir Hajibeyli's statue and house in Shusha, as well as Yukhari Govhar Agha mosque and Holy Savior Cathedral.

The ambassador thanked for the Shusha trip, said he liked the city, the Jidir plain, and said he would visit the city again.





скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1
  • 21 июня 2022 08:14
  • Автор: majorsite
There's a lot of information in the world, and of course there's a lot of fake information, and there's a lot of times when you learn the wrong things, but it's great that this place has only the right information메이저안전놀이터
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив