Новость из категории: Xəbərlər

Azərbaycan “Hotel Dayanıqlılığının Əsasları” proqramının tərəfdaşı seçilib



Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşəbbüsü ilə Azərbaycan Ümumdünya Səyahət və Turizm Təşkilatının “Hotel Dayanıqlılığının Əsasları” proqramının ölkə tərəfdaşı seçilib.

LIVE.az Turizm Agentliyinə istinadən xəbər verir ki, proqramın geniş ictimaiyyətə tanıdılması məqsədilə bu gün Almaniyanın paytaxtı Berlində mətbuat konfransı keçirilib.

Tədbirdə ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid, Ümumdünya Səyahət və Turizm Təşkilatının prezidenti Culiya Simpson, Dayanıqlı Qonaqpərvərlik Alyansının baş icraçı direktoru Qlen Mandjuk və Proqramın hotel tərəfdaşı olan “Radisson” Hotel Qrupunun dayanıqlılıq üzrə vitse-prezidenti İnge Huybrexts iştirak ediblər.

Proqramın əsas məqsədi dayanıqlı turizimin təbliğ edilməsi məqsədilə hotellərdə qlobal olaraq qəbul edilmiş bir sıra meyarların tətbiq edilməsinə nail olmaqdır.

Proqram “Səmərəlilik” (enerji və su israfını azaltmaq, karbon emissiyasını minimallaşdırmaq və s.), “Planet” (hotellərdə istehlak olunan məhsulların yenidən istifadəsi, təbiətyönümlü təmizlik məhsullarından istifadə və s.) və “İnsanlar” (icmanın faydalanması və bərabərsizliyin azaldılması) kimi 3 sahə üzrə qruplaşdırılan 12 meyardan ibarətdir.

Konfransda çıxış edən Florian Zenqstşmid bu proqramın Azərbaycanın dayanıqlı turizm inkişafı strategiyasına mühüm əlavə olduğunu qeyd edib. O bildirib ki, bu proqrama qoşulmaq təkcə özümüzə və ziyarətçilərə qarşı deyil, həm də Azərbaycan kimi inkişaf etməkdə olan digər destinasiyalara qarşı məsuliyyət deməkdir.

Azərbaycanda proqramın tətbiq edilməsinin birbaşa "Azərbaycan Hotel Assosiasiyası" İctimai Birliyinin məşğul olacağını bildirən Baş icraçı direktor, həmçinin, ölkənin ümumi dayanıqlılıq strategiyası haqqında məlumat verib.

"Slou Fud" səyahət proqramı, quş müşahidəçiliyi, Basqalda həyata keçirilən restovrasiya işləri haqqında mətbuat konfransı iştirakçılarına məlumat verilib və bu layihələrin yerli icmaların rifahının yaxşılaşdırılması, fauna və floranın mühafizəsi, kiçik bizneslərə dəstək və digər məsələlərdə rolu vurğulanıb.


скачать dle 11.3

Похожие новости

Комментарии

It was an article that could comfort and solve the problems I faced, and I tried to make it easy for anyone to understand and feel interesting. All the hard thoughts are gone and I hope it will be a good day. 카지노커뮤니티
  • #2
  • 21 марта 2023 09:31
  • Автор: Rryans
To determine MIC by dilution methods, antibiotics are also needed in a substance that requires preliminary dissolution to obtain a stock solution and then dilution to obtain an appropriate starting concentration. For most antibiotics, water is both a solvent and a diluter, including for most beta-lactams, fluoroquinolones, and aminoglycosides. Some require alcohol as a solvent, especially macrolides, chloramphenicol, and rifampicin, while others require a phosphate buffer or dimethyl sulfoxide DMSO. Get more information mic test for android
  • #3
  • 28 марта 2023 12:53
  • Автор: snkrspop
This is an excellent article. This is, in my opinion, one of the best posts ever written. Your work is excellent and inspiring. Thank you very much. Reps Jordan on sale
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив