Новость из категории: Xəbərlər

Münxendə Azərbaycan musiqisi təqdim olunub

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Münxen şəhərinin tanınmış Sənətkarlar Evində (Münchener Künstlerhaus) aprelin 18-də konsert təşkil olunub.

Bu barədə mediaya Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Bavariya Lantaqının (əyalət parlamenti) deputatları, əyalətin hökumət qurumlarının təmsilçiləri, Münxendə akkreditə olunmuş konsullar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Bavariyada yaşayan Azərbaycan, türk, yəhudi və digər icmaların fəalları iştirak ediblər.

Tədbirin başlanğıcında səfirlik tərəfindən hazırlanmış "Azərbaycanda alman irsi" adlı qısa film nümayiş etdirilib.

Sonra çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Bavariya əyalətinə ilk səfərini həyata keçirməkdən məmnun olduğunu bildirib. Səfir Azərbaycan-Almaniya münasibətlərinin qədim tarixə malik olduğunu, ölkəmizdə ilk alman məskənlərinin təxminən 200 əvvəl qurulduğunu, o zamandan etibarən almanlar və azərbaycanlılar arasında xoş və mehriban dostluq münasibətlərinin təşəkkül tapdığını qeyd edib.

Azərbaycan-Almaniya münasibətlərinin müasir vəziyyətinə toxunan N.Ağayev qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin dərinləşməsində mühüm rol oynadığını vurğulayıb. Bu xüsusda Azərbaycanın Prezidenti İlham Əliyevin cari ilin mart ayında Almaniyaya uğurlu səfər etdiyini bildirən diplomat sözügedən səfərin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığını söyləyib.

N.Ağayev ikitərəfli iqtisadi münasibətlərdən bəhs edərək, Bavariya əyalətindən olan şirkətlərin bu münasibətlərdə xüsusi yerinin olduğunu, Almaniya ilə həyata keçirilən ticarət dövriyyəsinin təxminən üçdə birinin bu əyalətin payına düşdüyünü və 177 Bavariya şirkətinin Azərbaycanla əməkdaşlıq etdiyini vurğulayıb. Səfir əyalətlə olan iqtisadi əlaqələrin yaxın gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Bavariya Landtaqının CSU (Xristian Sosialistlər İttifaqı) fraksiyasının sədr müavini Aleksandr Köniq öz çıxışında qeyd edib ki, Bavariya ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin geniş inkişaf potensialı var. Deputat həmçinin son dövrlər Azərbaycanın Avropa, o cümlədən Almaniya üçün enerji təchizatçısı kimi rolunun artdığını vurğulayıb. O, əməkdaşlığın bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə edib.

Çıxışdan sonra Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı musiqiçilər - pianoçu Nərmin Nəcəfli və opera müğənnisi Mərziyə Hüseynova Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Sənətçilər tərəfindən ifa olunan dahi Azərbaycan bəstəkarları - Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Vaqif Mustafazadə, Niyazi və Adil Bəbirovun, eləcə də Avropalı bəstəkarlar - Frederik Şopin, Robert Şuman və Çarls Qunodun əsərləri tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.

скачать dle 11.3

Похожие новости

Комментарии

I have been using services from the sites down below and you won't believe it, it's really helpful for me with such ease and smoothness. Whenever I get into trouble while logging in or signing up to my account, I use these sites to deal with my issues and it has been really great help and I suggest you to others to use these sites.

Visit :https://sites.google.com/tomsazure.com/paypal-login/

https://sites.google.com/metamaaslogi.com/metamaskextension/

Download MetaMask

PayPal Login

Download MetaMask

MetaMa
sk Chrome Extension

MetaMask Wallet Extension

metama
sk wallet chrome browser extension

• #3
• 7 мая 2023 19:41
• Автор: SEO
On that website page, you'll see your description, why not read through this. 에볼루션카지노
• #4
• 22 мая 2023 10:55
• Автор: SEO
On my website you'll see similar texts, write what you think.소액결제현금화

• #5
• 25 мая 2023 16:53
• Автор: SEO
Can nicely write on similar topics! Welcome to here you'll find out how it should look.토토사이트

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив