Новость из категории: Xəbərlər

“Q Gallery Berlin” qalereyasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş sərgi açılıb




“Q Gallery Berlin” qalereyasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş sərgi açılıb.

Germany.az
AZƏRTAC-a isinadla xəbər verir ki, açılış mərasimində Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov Xocalı soyqırımı haqqında danışıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyilə erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində 613 dinc sakinin, o cümlədən 63 uşaq və 106 qadının qəddarcasına qətlə yetirildiyini, 1275 nəfərin əsir götürüldüyünü diqqətə çatdırıb.

Səfir faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq miqyasda tanınması üçün aparılan işlərin əhəmiyyətini qeyd edərək, Azərbaycan rəhbərliyinin bu istiqamətdə fəaliyyətini xüsusi vurğulayıb. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının konkret nəticələr verdiyini deyib. Ramin Həsənov kampaniyanın davam etdirilməsinin Xocalı faciəsinin unudulmaması və dünyanın digər ölkələrində belə hadisələrinin baş verməsinin qarşısının alınması baxımından vacibliyini qeyd edib. O, Ermənistanın torpaqlarımızı işğal etməsi və işğalın nəticələri barədə də danışıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Azad Zeynalov Xocalı soyqırımının xalqımızın qan yaddaşından silinməyəciyini vurğulayıb. O, akademiyanın gənc rəssamları tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr edilmiş əsərlər barədə məlumat verib.

Akademiyanın tələbəsi Nigar Müslümova Xocalı soyqırımına dair təəssüratlarını bölüşüb və Azərbaycan xalqının tarixində dərin iz buraxan bu faciənin heç zaman unudulmayacağını qeyd edib.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc rəssam və heykəltəraşlarının əsərləri nümayiş olunub. Belə tədbirlərin keçirilməsi Xocalı soyqırımının tanıdılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyət daşıyır.










скачать dle 11.3

Похожие новости

Комментарии

You are my inspiration, and the content you create attracts me. The content you created has always caught my attention.먹튀검증
Long pleasant way, I will always collect, learn the total upward way토토사이트
Ваш стиль письма доступен, что делает ваш контент доступным и приятным для чтения. Зашёл на этот сайт и попробовал клик-тест – это сложно, но в лучшем виде! Спасибо за предоставленный ресурс для серьезного улучшения скорости кликов.
  • #4
  • 30 января 2024 14:32
  • Автор: jsimitseo
It is particularly conventional, however investigate the tips amid this street number.  best concierge doctor
  • #5
  • 22 февраля 2024 08:34
  • Автор: WilliamSEO
I went onto your blog while centering just marginally submits. Decent procedure for next, I will be bookmarking without a moment's delay grab your entire ascents... ฝากถอนไม่มีขั้นต่ำ
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив