Новость из категории: Xəbərlər

Alman portallarında Azərbaycan və Almaniya arasında aqrar sahədə əməkdaşlıq haqqında məqalə dərc edilib




Almaniyanın “agrar-presseportal.de” və “proplanta.de” aqroxəbərlər portallarında Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun “Azərbaycanın kənd təsərrüfatı landşaftı: Almaniya ilə əməkdaşlıq” adlı məqaləsi dərc olunub.

Germany.az AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə ölkəmizin aqrar sektorunun icmalı, “Made in Azerbaijan” brendinin təşviqi, aqroparklarımız, sözügedən sahəyə dövlət dəstəyi, eləcə də Almaniya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığımız barədə məlumatlar təqdim olunur.

Məqalədə deyilir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün iştirakçısı, Cənubi Qafqazda kənd təsərrüfatı məhsullarının qabaqcıl istehsalçısı və regionun ümumi daxili məhsulunda əhəmiyyətli payın sahibi olan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların bərabər inkişafının təşviqi, milli iqtisadi rəqabət qabiliyyətliliyin artırılması, ixrac strukturunun təkmilləşdirilməsi və qlobal ərzaq təchizatı zəncirlərinə səmərəli inteqrasiya məqsədilə səylərini davam etdirir. Bu kontekstdə, ölkənin kənd təsərrüfatı sektoru müstəsna rol oynayır və yeni bazarlara daxil olmaq üçün ümidverici perspektivlərə malikdir.
Kənd təsərrüfatı ölkənin qeyri-neft sektorunda strateji prioritet olaraq qalır. Belə ki, sözügedən sahə böyük potensiala və məşğulluqda nəzərəçarpan paya malikdir, eləcə də əhalinin rifahına və ərzaq təhlükəsizliyinə töhfə verir. Kənd təsərrüfatı sektoru 2020-ci ildə ölkənin ÜDM-nin təxminən 7%-ini təşkil etmişdir. Ökədə kənd təsərrüfatına yararlı olan torpaqlar 55%-dən artıqdır.

Aqrar-sənaye ölkəsi qismində Azərbaycan qeyri-neft sektorunun inkişafında davamlı kənd təsərrüfatının irəlilədilməsinə yüksək əhəmiyyət verir. Kənd təsərrüfatı məhsullarının beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması, ərzaq təhlükəsizliyinin təminatı, əhalinin yüksək-keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin olunması Azərbaycanın aqrar siyasətinin istiqamətlərindəndir.

Münbit torpaqlar və iqlim müxtəlifliyi ölkədə kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün əlverişli şərait yaradır. Azərbaycanda 9 iqlim qurşağının mövcudluğu ilboyu müxtəlif növ bioorqanik məhsulların yetişdirilməsinə və yeni kənd təsərrüfatı sortlarının becərilməsinə imkan verir.

Ölkənin aqrar sektoru əsasən meyvə və tərəvəzlərin, pambığın və tütünün yetişdirilməsi, eləcə də heyvandarlıq, quşçuluq, üzümçülük, baramaçılıq və südçülük üzrə ixtisaslaşmışdır. Azərbaycan mal, quzu və quş əti, yumurta, süd, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları üzrə özünü təmin edir. Qida emalı sənayesi kənd təsərrüfatı sektorunun mühüm tərkib hissəsini təşkil edir. Kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılması və aqrosahibkarlığın inkişaf etdirilməsi məqsədilə yerli istehsalçılar torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilmişlər. Azərbaycan, həmçinin ixracyönümlü artım və idxalın əvəzlənməsi üçün ölkənin kənd təsərrüfatı potensialını və qida sənayesini daha da inkişaf etdirmək niyyətindədir.

Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, yerli kiçik və orta müəssisələrin dəstəklənməsi, ərzaq təhlükəsizliyinə töhfə verilməsi, eləcə də “Made in Azerbaijan” və “Invest in Azerbaijan” konsepsiyalarının təşviqi məqsədilə Azərbaycanın müxtəlif rayonlarında hazırda bir sıra aqroparklar fəaliyyət göstərir. Sənaye parklarının və məhəllələrinin, eləcə də aqroparkların idarə olunmasının təkmilləşdirilməsi üçün 2021-ci ilin yanvar ayında İqtisadi Zonaların İnkişafı Agentliyi təsis olunmuşdur. İnvestisiyanın Təşviqi Sənədinin sahibləri 7 il müddətinə müəyyən vergi və gömrük güzəştlərindən faydalanırlar. İnvestisiyanın təşviqi sənədinin verilməsi aşağıdakı şərtlərə əsaslanır: iqtisadi fəaliyyət sahəsi, minimal sərmayə məbləği, investisiya layihəsinin həyata keçiriləcəyi inzibatı ərazi vahidləri.

Məqalədə bildirilir ki, Azərbaycan kənd təsərrüfatı məhsulları ilə intensiv şəkildə ticarət edir. Ölkənin ticarət tərəfdaşlarının sayı, eləcə də ikitərəfli ticarət, investisiya, ikiqat vergitutmanın aradan qaldırılması və iqtisadi tərəfdaşlıq sazişlərinin sayı artmaqda davam edir. Azərbaycanda liberal xarici ticarət rejimi, o cümlədən əlverişli biznes və sərmayə mühiti mövcuddur. Ənənəvi olaraq ölkənin kənd təsərrüfatı və qida məhsullarının əsas təyinat ölkələri və ən böyük istehlakçıları müvafiq qonşu ölkələr olmuş, lakin son dövrlərdə bazarların miqyası genişlənərək Avropa və Asiya regionunun, eləcə də Amerika qitəsinin aidiyyəti ölkələrini də ehtiva edir.
Kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması, eləcə də “Made in Azerbaijan” brendinin xaricdə təşviqi vasitəsilə davamlı və inkluziv inkişafın töhfəsinə xüsusi diqqət yetirilir. İxracın təşviqi, aşağıdakı dəstək mexanizmlərini özündə ehtiva edən “Made in Azerbaijan” proqramı vasitəsilə reallaşdırılır: milli stend altında beynəlxalq sərgilərdə iştirak, ticarət/ixrac missiyaları, Azərbaycana istehlakçı missiyalarının təşkili, bazarın tədqiqi, beynəlxalq sərgilərdə fərdi şəkildə iştirak. Kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması məqsədilə ölkədə müvafiq assosiasiyalar yaradılmışdır: Arıçılar Assosiasiyası, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası.

Azərbaycanda coğrafi göstəricilər (Zirə pomidoru və zeytunu, Sirab, Badamlı və Vayxır mineral suları, Göyçay narı və s.) sahəsində böyük potensial mövcuddur. Əqli mülkiyyətin kommersiyalaşdırılması Azərbaycan iqtisadiyyatına əhəmiyyətli gəlir gətirir, eləcə də “Made in Azerbaijan” brendini təşviq edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı sahəsində ixracın stimullaşdırılması və “Made in Azerbaijan” brendinin xaricdə təşviqi vasitəsilə milli davamlı inkişafa töhfə verir. Azərbaycan İnvestisiya Şirkəti ölkədə və xaricdə cari və yeni layihələrə sərmayələr yatırmaqla iqtisadiyyatın qeyri-neft sektorunun, eləcə də kənd təsərrüfatının inkişafını dəstəkləyir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı istehsalçılarına güzəştli kreditlər təqdim olunur. Aqrar Kredit və İnkişaf Agentliyi güzəştli şərtlərlə kənd təsərrüfatı kreditləri və fermerlərə subsidiyalar verir, o cümlədən texnikaya və damazlıq heyvanlara güzəştlər təqdim edir. Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan və bitki sağlamlığı, toxumçuluq və kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərini təşkil edir. Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyini həyata keçirir, o cümlədən baytarlıq və fitosanitar sertifikartlar təqdim edir. “Aqrar Tədarük və Təchizat” ASC dövlət sifarişi ilə ərzaq məhsullarının satınalınmasını həyata keçirir, yerli fermerlərin və qida istehsalçılarının aqrar ticarət zəncirində iştiraklarını dəstəkləyir və onların məhsullarını xaricdə təşviq edir. “Aqroservis” ASC kənd təsərrüfatı texnikasının satınalınması və güzəştli şərtlərlə yerli fermerlərə icarəyə verilməsi vasitəsilə aqrosahibkarlığı dəstəkləyir. Aqrar Sığorta Fondu davamlı aqrosığorta sistemini təşviq etməklə kənd təsərrüfatı istehsalçılarını sığorta xidmətləri ilə təmin edir.

Məqalədə vurğulanır ki, Azərbaycan-Almaniya iqtisadi əlaqələri iki ölkə arasında əməkdaşlığın ən dinamik inkişaf edən sahələrindən biridir. Qarşılıqlı səfərlər və iqtisadi tədbirlər Azərbaycanın biznes imkanlarını təşviq edir, eləcə də ikitərəfli iqtisadi-ticari əlaqələrin genişlənməsinə töhfə verir. Azərbaycan özünün kənd təsərrüfatı məhsullarının ixracı üçün Almaniyanı strateji bazar hesab edir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm ticarət tərəfdaşıdır. 2020-ci ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 1 milyard avro təşkil etmişdir. Eyni dövrdə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı təqribən 65% olmuşdur. 1995-2020-ci illərdə Azərbaycan Almaniya iqtisadiyyatına 2.6 milyard ABŞ dollarından artıq sərmayə yatırmışdır. Eyni zamanda, həmin illər ərzində Almaniya tərəfindən Azərbaycana, xüsusən də ölkənin qeyri-neft sektoruna yatırılmış investisiyalar 765 milyon ABŞ dollarını keçmişdir.
Müxtəlif ikitərəfli formatlar və platformalar Azərbaycanın Almaniya ilə iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yeni üfüqlər açır. Alman şirkətləri (ümumilikdə 224) və Almaniya-Azərbaycan Xarici Ticarət Palatası Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək-Səviyyəli İşçi Qrupu, eləcə də Almaniya-Azərbaycan Biznes Dialoqu ikitərəfli iqtisadi perspektivləri müzakirə etmək üçün mühüm platformalar qismində çıxış edirlər.

Hazırda Azərbaycanın Almaniyaya ixracında, qeyri-neft sektorunda müəyyən hissə məhz kənd təsərrüfatı məhsullarının payına düşür. Azərbaycan sərmayəli bir sıra şirkətlər Almaniyada fəaliyyət göstərir və digər məhsullarla yanaşı, Azərbaycanın kənd təsərrüfatı mallarının (şərablar, quru meyvələr, şirələr, mürəbbələr, konservləşdirilmiş məhsullar və s.) satışı üzrə ixtisaslaşmışlar.
Azərbaycan növbəti illərdə Almaniyaya kənd təsərrüfatı ixracını daha da artırmaq niyyətindədir. Ölkənin iqtisadi potensialını təşviq etmək məqsədilə Azərbaycan Almaniyada keçirilən müxtəlif beynəlxalq qida və kənd təsərrüfatı sərgilərində (Beynəlxalq Yaşıl Həftə, ProWein, Anuga, Fruit Logistica) milli stend ilə iştirak etmişdir. Eyni zamanda, Azərbaycan, “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisini təşkil edir. 2021-ci ilin iyun ayında Bakıda keçirilməsi planlaşdırılan növbəti Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Almaniyanın Ticarət Sərgisi Sənayesi Assosiasiyasının sərgilər siyahısına daxil edilmişdir. Sözügedən sərgi kənd təsərrüfatı məhsullarının nümayiş edilməsinə, aqrar-sənaye sahəsində qabaqcıl texnologiyaların təqdim olunmasına, “B2B” görüşlərin keçirilməsinə, şəbəkələşmənin genişləndirilməsinə, o cümlədən yerli və xarici şirkətlər arasında qarşılıqlı faydalı biznes əlaqələrinin gücləndirilməsinə şərait yaradır.
“Made in Azerbaijan” brendinin təşviqi olunması məqsədilə Azərbaycan 2017-ci ildə milli şirkətlərin iştirakı ilə Almaniyaya ilk ixrac missiyasını təşkil etmişdir. İkinci ixrac missiyası 2018-ci ildə reallaşdırılmışdır. Azərbaycan Almaniyadan aqrotexnika satın alır, eləcə də Almaniyadan qabaqcıl aqrar texnologiyaların (“ağıllı”, bio, nano) idxalında, o cümlədən kənd təsərrüfatının rəqəmsallaşdırılması və “yaşıl” innovasiyalar sahəsində Almaniyanın öncül təcrübəsinin öyrənilməsində maraqlıdır.
Azərbaycan aqrar sahədə Almaniyanın müvafiq şirkətləri və texniki yardım təsisatları ilə əməkdaşlıq edir. Eyni zamanda, insan kapitalının daha da inkişaf etdirilməsi və potensialın yaradılmasının gücləndirilməsi məqsədilə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üzrə Almaniyanın müvafiq elmi tədqiqat institutları və universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur.

Qeyd edək ki, “proplanta.de” və “agrar-presseportal.de” portalları Almaniyada, eləcə də almandilli ölkələrdə müvafiq işgüzar dairələri və jurnalistləri kənd təsərrüfatı sahəsində gündəlik xəbərlərlə təmin edir. Kənd təsərrüfatı sahəsində almandilli ölkələrdə ən çox oxunan xəbər platformalarından olan bu ixtisaslaşmış portalların ayda təxminən 2 milyon oxucusu var. Sözügedən portallarda hər ay mindən artıq xəbər yerləşdirilir. 2006-cı ildən etibarən fəaliyyət göstərən bu portallara indiyədək 200 milyondan artıq oxucu daxil olub.скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1081
  • 21 апреля 2024 23:01
  • Автор: Hamza amir
I realize of your line. Whenever i find out People today accommodate getting some almost all believe that it is very difficult so that you can placed this review. Whenever i are jealous of models apply. I Love You GIF
It is a good site post without fail. Not too many people would actually, the way you just did. I am impressed that there is so much information about this subject that has been uncovered and you’ve defeated yourself this time, with so much quality. Good Works!
온라인카지노

hi, i do assume this is a high-quality blog. I stumbledupon it
  • #1084
  • 24 апреля 2024 16:35
  • Автор: taha shaikh
In this posting fully grasp the most important thing, the product offers you some sort of key word loaded web page link an incredible practical web page webpage:먹튀검증사이트

  • #1085
  • 26 апреля 2024 12:23
  • Автор: Hamza
Are able to adequately make using the exact same troubles! Permitted to support on this page you'll be able to find out it will view. 123 movies
  • #1086
  • 26 апреля 2024 23:00
  • Автор: Hamza amir
Will likely really well acquire by means of an identical situations! Permitted to benefit we are going to you’re able to uncover it will glance. azmovies
  • #1087
  • 27 апреля 2024 10:42
  • Автор: taha shaikh
Using the web site you will see similar text messaging, produce anything you picture.먹튀검증사이트

  • #1088
  • 27 апреля 2024 20:50
  • Автор: Hamza
We are specialized in creating tools that run across all platforms to help victims recover their lost or stolen crypto funds. bitcoin recovery phrase generator
  • #1089
  • 28 апреля 2024 14:22
  • Автор: taha shaikh
You need to for the most part tremendous coordinated with well-performing items, which means think it's:먹튀검증업체

  • #1090
  • 29 апреля 2024 22:35
  • Автор: Hamza amir
We are specialized in creating tools that run across all platforms to help victims recover their lost or stolen crypto funds. wallet recovery
User-friendly search interfaces empower users to navigate through extensive collections effortlessly, fostering a conducive learning and research environment.LMS integrate communication tools and collaborative features, enabling users and library staff to interact effectively. From discussion forums to virtual study groups, these platforms foster collaborative learning experiences and streamline communication channels.<a href="https://nevadaautospa.com/">mobile car detailing las vegas</a>mobile car detailing las vegas
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив