Prezident İlham Əliyev Almaniya Bundestaqının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Almaniya Bundestaqının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann paytaxtımızda gördüyü dinamik inkişaf proseslərinin nümayəndə heyəti üzvlərinə dərin təəssürat bağışladığını bildirdi. Qonaq Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransına toxunaraq bu tədbirin parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, parlament diplomatiyasının gücləndirilməsi baxımından önəmini qeyd etdi.
Dövlətimizin başçısı Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının beynəlxalq əlaqələrin gücləndirilməsində rolunu vurğulayaraq, bu tədbirin fikir mübadiləsinin aparılması, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyini bildirdi.
Görüşdə Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, ölkəmizdə gedən iqtisadi inkişaf, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
///
Präsident Ilham Aliyev empfängt deutsche Delegation
Der Präsident der Republik Aserbaidschan, Ilham Aliyev, hat heute eine Delegation um den Vizepräsidenten des Bundestags, Thomas Oppermann, zum Gespräch empfangen, wie AZERTAC berichtete.
Thomas Oppermann sagte, dass die dynamischen Entwicklungsprozesse in der Hauptstadt bei Delegationsmitgliedern einen tiefen Eindruck hinterlassen haben. Der Gast sprach die Parlamentarische Konferenz über regionale Sicherheit und Zusammenarbeit in Baku und die Konferenz über die Einrichtung der Bakuer Parlamentarischen Plattform für Dialog und Zusammenarbeit an und betonte die Bedeutung dieser Veranstaltung in Hinsicht auf die Entwicklung der interparlamentarischen Zusammenarbeit und die Stärkung der parlamentarischen Diplomatie.
Präsident Ilham Aliyev wies auf die Rolle der Konferenz für regionale Sicherheit und Zusammenarbeit in Baku und die Einrichtung der Parlamentarischen Plattform für Dialog und Zusammenarbeit in Baku im Hinblick auf die Stärkung der internationalen Beziehungen hin und erklärte, diese Veranstaltung trage zum Meinungsaustausch und der Ausweitung der interparlamentarischen Zusammenarbeit bei.
Die Seiten erörterten bei dem Treffen die bilateralen Beziehungen zwischen Aserbaidschan und Deutschland, die wirtschaftlichen Entwicklungsprozesse in Aserbaidschan, einschließlich die bestehenden Möglichkeiten für die Zusammenarbeit im Bereich Landwirtschaft, Tourismus, Informationstechnologie und auf anderen Gebieten.
Die Seiten tauschten sich im Laufe des Gesprächs über die Beilegung des armenisch-aserbaidschanischen Berg-Karabach-Konfliktes aus.
///
Президент Ильхам Алиев принял делегацию во главе с вице-президентом Бундестага Германии
12 июня Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию во главе с вице-президентом Бундестага Германии Томасом Опперманом.
Как сообщает АЗЕРТАДЖ, вице-президент Бундестага Германии Томас Опперман отметил, что процессы динамичного развития в нашей столице произвели глубокое впечатление на членов делегации. Коснувшись проведенных в Баку Парламентской конференции по региональной безопасности и сотрудничеству и учредительной конференции Бакинской парламентской платформы по диалогу и сотрудничеству, гость подчеркнул значение данного мероприятия с точки зрения развития межпарламентского сотрудничества и усиления парламентской дипломатии.
Констатировав роль Парламентской конференции по региональной безопасности и сотрудничеству и учредительной конференции Бакинской парламентской платформы по диалогу и сотрудничеству, глава государства, отметил, что данное мероприятие внесло вклад в проведение обмена мнениями и расширение межпарламентского сотрудничества.
На встрече состоялось обсуждение азербайджано-германских двусторонних отношений, экономического развития в нашей стране, в том числе возможностей сотрудничества в области сельского хозяйства, туризма, информационных технологий и других сферах.
В ходе беседы был проведен обмен мнениями по вопросам, связанным с урегулированием армяно-азербайджанского нагорно-карабахского конфликта.