Новость из категории: Xəbərlər

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Berlində konsert təşkil edilib


Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.


LİVE.az AZƏRTAC-a istinadla xəbər verir ki, konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirakçılara İmadəddin Nəsiminin ömür yolu və bənzərsiz yaradıcılığı haqqında məlumat verib.


Səfir 1369-cu ildə Şamaxı şəhərində dünyaya göz açmış İmadəddin Nəsiminin gənc yaşlarından elmə böyük həvəs göstərdiyini, klassik Şərq və yunan fəlsəfəsi, ədəbiyyat, astronomiya, məntiq elmlərini dərindən mənimsədiyini qeyd edib. O, Azərbaycan şairləri ilə yanaşı ərəb və fars yazıçılarının əsərlərinə yaxından bələd olan Nəsiminin Yaxın Şərqin görkəmli mütəfəkkirləri, filosof və alimlərinin əsərlərini mütaliə etdiyini, dövrünün təriqətlərinə maraq göstərdiyini, Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi poeziyanın əsasını qoyduğunu, söz sənətimizi forma və məzmunca zənginləşdirdiyini, özündən sonrakı nəsillər üçün böyük ədəbi irs qoyub getdiyini nəzərə çatdırıb.


Azərbaycanın dünya musiqisinə böyük töhfə verdiyini qeyd edən səfir R.Həsənov müsəlman dünyasında ilk operanın, o cümlədən ilk balet musiqisinin Azərbaycanda ərsəyə gəldiyini nəzərə çatdırıb. Özünün rəngarəngliyi ilə seçilən Azərbaycan musiqi məktəbinin ənənəviliklə yanaşı, müasir formaları da özündə ehtiva etdiyini vurğulayıb. Azərbaycan muğamından söz açan diplomat ölkəmizdə muğamın klassik musiqi ilə sintez edildiyini qeyd edib. Azərbaycanda klassik musiqinin əsasının qoyulmasında xidmətlərinə görə dahi bəstəkar Üzeyir Hacıbəylini xatırladan səfir Firəngiz Əlizadə və onun həmkarlarının dahi bəstəkarın layiqli davamçıları olduğunu diqqətə çatdırıb.


Səfir Ramin Həsənov Azərbaycanın mədəni irsinin qorunub saxlanılmasında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərinin olduğunu qeyd edib.


Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığından söz açan Ramin Həsənov onun 2008-ci ildə UNESKO-nun “Sülh Artisti” adına layiq görüldüyünü, Azərbaycan mədəniyyətinin xaricdə tərənnüm edilməsinə, eləcə də dünya musiqisinə böyük töhfə verdiyini nəzərə çatdırıb. O, bəstəkarın Nəsiminin əsərləri əsasında ərsəyə gətirdiyi “Dərviş”, “Zikr”, “Nəsimi Passionu” kimi əsərlərinin olduğunu bildirib.


Səfir konsertin təşkil olunması və ərsəyə gəlməsinə verdiyi töhfəyə görə Azərbaycan Bəstəkarlar İttifaqına və onun sədri Firəngiz Əlizadəyə təşəkkür edərək konserti açıq elan edib.


Konsertdə F.Əlizadə ilə yanaşı digər Azərbaycan bəstəkarlarının – Cəlal Abbasov, Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin şeir və qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub. Xanəndələr, “Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də opera və balet teatrının solisti Mütəllim Dəmirov və soprano - Afaq Abbasova tərəfindən əsərlər ifa edilib. İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.


Konsertdə Almaniyadakı elmi və mədəni ictimaiyyətin, Almaniyadakı səfirliyimizin və diasporumuzun nümayəndələri iştirak ediblər.


///



В Берлине состоялся концерт в честь 650-летия Имадеддина Насими

11 сентября в Берлине состоялся концерт «In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi», организованный Союзом композиторов Азербайджана в честь 650-летия великого азербайджанского поэта и мыслителя Имадеддина Насими.

Как передает LIFE Azerbaijan со ссылкой Азертадж, выступивший до начала концерта посол Азербайджана в Германии Рамин Гасанов рассказал участникам мероприятия о жизненном пути и неповторимом творчестве Имадеддина Насими.

Посол отметил, что с ранних лет Имадеддин Насими, появившийся на свет в городе Шамахе в 1369 году, проявлял большой интерес к науке, изучал восточную и греческую философию, литературу, астрономию, логику. Дипломат довел до внимания, что Насими, хорошо знавший не только творчество азербайджанских, но и арабских и персидских поэтов, читал труды видных мыслителей, философов и ученых Ближнего Востока, проявлял интерес к течениям того времени, заложил основу художественно-философской поэзии в истории азербайджанской литературы, обогатил форму и содержание нашего искусства слова, оставил большое литературное наследие.

В Берлине состоялся концерт в честь 650-летия Имадеддина Насими

Отметив, что Азербайджан внес большой вклад в сокровищницу мировой музыкальной культуры, посол Р.Гасанов довел до внимания, что первая опера, а также балет на мусульманском Востоке появились именно в нашей стране. Дипломат подчеркнул, что азербайджанская музыкальная школа, отличающаяся разнообразием, наряду с традиционностью, содержит и современные формы. Говоря об азербайджанском мугаме, он отметил, что в нашей стране создан синтез мугама с классической музыкой. Напомнив о заслугах великого композитора Узеира Гаджибейли в развитии классической музыки в Азербайджане, посол констатировал, что Франгиз Ализаде и ее коллеги являются его достойными преемниками.

Посол Рамин Гасанов отметил бесценные заслуги Фонда Гейдара Алиева и его президента Мехрибан ханым Алиевой в сохранении культурного наследия Азербайджана.

В Берлине состоялся концерт в честь 650-летия Имадеддина Насими

Говоря о творчестве председателя Союза композиторов Азербайджана, народной артистки Франгиз Ализаде, Рамин Гасанов отметил, что в 2008 году она была удостоена звания «Артист мира» ЮНЕСКО, пропагандирует за рубежом азербайджанскую культуру, а также вносит большой вклад в сокровищницу мировой музыки. Он сообщил, что композитор создала на основе творчества Насими такие произведения, как «Дервиш», «Зикр», «Пассион Насими».

Выразив признательность Союзу композиторов Азербайджана и его председателю Франгиз Ализаде за организацию концерта, посол объявил его открытым.

В Берлине состоялся концерт в честь 650-летия Имадеддина Насими

На концерте, наряду с произведениями Ф.Ализаде, прозвучали сочинения, созданные на основе стихотворений и газелей Насими, другими азербайджанскими композиторами – Алией Мамедовой, Саидом Гани, Таиром Ибишовым, Фируддином Аллахверди, Джалалом Аббасовым. Музыкальные произведения были исполнены ханенде, солистом Государственного ансамбля «Старинные музыкальные инструменты», народным артистом Тейюбом Аслановым, а также солистом Театра оперы и балета Муталлимом Дамировым и сопрано Афаг Аббасовой. Образ Имадеддина Насими воплотил ведущий солист Азербайджанского государственного академического театра оперы и балета Анар Микаилов.

На концерте присутствовали представители научной и культурной общественности Германии, а также посольства Азербайджана в этой стране, нашей диаспоры.




 скачать dle 11.3

Похожие новости

Комментарии

Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив