Новость из категории: Xəbərlər

Pərviz Şahbazov: "Azərbaycanın əsas məqsədlərindən biri “yaşıl enerji”nin ixracatçısına çevrilməkdir"




Azərbaycan böyük neft-qaz resurslarına malik və onları ixrac edən ölkə olsa da, əsas məqsədlərdən biri bərpa olunan enerji sahəsinin inkişafı və “yaşıl enerji”nin ixracatçısına çevrilməkdir.

Energetika Nazirliyinin verdiyi məlumata görə, bunu “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniya enerji şirkətlərinin iştirakı ilə “Azərbaycan – neft, qaz və onların hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib.

“Hazırda həyata keçirilən iri həcmli günəş, külək enerji layihələrini, bərpa olunan enerjinin quruda 27 min meqavata yaxın, dənizdə isə 157 min meqavatlıq zəngin potensialını, həmçinin Avropaya elektrik enerjinin ixracının artırılmasını təmin edəcək iki yeni xəttin çəkilməsi ilə bağlı planları nəzərə aldıqda deyə bilərik ki, Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmaq perspektivi böyükdür. Bu, həm də Avropanın enerji təminatının “yaşıl enerji” vasitəsilə şaxələndirilməsinə Azərbaycanın növbəti töhfəsini təqdim edir. Bu istiqamətdə uzunmüddətli enerji əməkdaşlığımızda Almaniyadan olan şirkətlər mühüm tərəfdaşlarımız ola bilərlər”, - nazir bildiri

Almaniyanın Külək Enerjisi Assosiasiyası, Enerji Agentliyi-DENA, Şərqi Biznes Assosiasiyası və Sənayelər Federasiyasının təmsilçilərinin qatıldığı dəyirmi masada P. Şahbazov iki ölkə arasındakı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün perspektivlərdən bəhs edib: "Almaniyanın Cənubi Qafqazda mühüm ticarət tərəfdaşı olan Azərbaycanla ticarət dövriyyəsi ötən il 57 % artıb".

Energetika naziri bildirib ki, uzunillik münaqişəyə son qoyulması bölgəyə investisiyaların axını üçün əsas zəruri şərtlərdən olan təhlükəsizliyi tam təmin edib. Xüsusilə, həm azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, həm də ümumən ölkə ərazisində bərpa olunan enerji mənbələrindən geniş istifadə ölkə üçün milli prioritetlərdən biri kimi müəyyənləşib. Bütün bunlar, həmçinin “yaşıl enerji” ilə bağlı Azərbaycanın potensial və məqsədləri ilə Almaniya şirkətlərinin zəngin təcrübə, eləcə də mümkün investisiya imkanlarının vəhdəti enerji əməkdaşlığında yeni səhifə aça bilər.

Tədbirdə enerji sahəsində VPC, “Siemens, “Berlin Wind” və digər alman şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələrindən bəhs olunub. Həmçinin Almaniya Enerji Agentliyi-DENA ilə Azərbaycanda mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafına dəstək çərçivəsində 4 pilot layihə təklifinin hazırlanması üzrə məhsuldar əməkdaşlıq edildiyi qeyd edilib. Əməkdaşlığın genişləndirilməsi üçün Almaniya şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib.

Dəyirmi masada şirkətləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, perspektiv layihələr barədə məlumatlar verilib və əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.

скачать dle 11.3

Похожие новости

Комментарии

  • #1
  • 1 февраля 2023 02:00
  • Автор: techmartin
You re in point of fact a just right webmaster. The website loading speed is amazing. It kind of feels that you're doing any distinctive trick. Moreover, The contents are masterpiece. you have done a fantastic activity on this subject!pentobarbital kaufen

  • #2
  • 5 марта 2023 23:03
  • Автор: Tech
I see some amazingly important and kept up to length of your strength searching for in your on the sitefree movies streaming website

Your article is a perfect article without a hitch. Thank you. My site: golf betting
I'm glad I found your blog site, I actually found you by mistake when I was looking at another point on Google, anyway I'm now below in addition to the other and want to stick to thank you for your excellent blog post메이저사이트
I've had the same text since some time ago, but it's fresh and new, and it feels creative and innovative 안전놀이터
  • #6
  • 4 февраля 2024 21:41
  • Автор: jsimitseo
Great job for publishing such a beneficial web site. Your web log isn’t only useful but it is additionally really creative too. There tend to be not many people who can certainly write not so simple posts that artistically. Continue the nice writing. concierge doctor naples
Имя:*
E-Mail:
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив